BAKI, 14 iyun-Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın administrasiyası Moskva ilə aralarında olan böhrandan hər iki tərəfin əziyyət çəkdiyini bildirib.
Sputnik Trend-ə istinadla xəbər verir ki, Türkiyənin Prezident Administrasiyası Ankaranın Moskva ilə diplomatik kanalları heç vaxt bağlamadığını açıqlayıb.
Administrasiyadan bildiriblər ki, iki ölkənin münasibətlərindəki böhrandan daha çox Ankara və Moskva əziyyət çəkir.
"Türkiyə əvvəl olduğu kimi bəyan edir ki, Rusiyaya məxsus "Su-24" təyyarəsi vurulan an Ankara həmin bombardmançının kimə məxsus olduğunu bilmirdi." — deyə Administrasiyadan bildiriblər.