İlham Əliyevdən Barak Obamaya kədərli məktub

© AZƏRTACİlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan prezidenti: "Bu ağır anlarda kədərinizi bölüşürəm."

BAKI, 14 iyun — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obamaya Orlando şəhərində baş vermiş terror aktı ilə bağlı başsağlığı verib.

President.az-da dərc olunan məktubda dövlət başçısı yazıb:

"Hörmətli cənab prezident, Florida ştatının Orlando şəhərində törədilmiş amansız terror aktı nəticəsində insanların həlak olması və yaralanması xəbəri məni son dərəcədə sarsıtdı. Bu gün bütün dünya terrorizm kimi dəhşətli bir bəla ilə üzləşib. Belə bir vəziyyət qüvvələrin hamılıqla səfərbər olunmasını və terrorizmə qarşı qətiyyətlə mübarizə aparılmasını tələb edir. Azərbaycan terrorizmdən əziyyət çəkən ölkə kimi daim terrorizmi pisləyir və terrorizmə qarşı mübarizəni dəstəkləyir. 

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi - Sputnik Azərbaycan
Azərbaycan ABŞ-dakı terroru qınadı

Bu ağır anlarda kədərinizi bölüşür, sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Amerika xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram".

Qeyd edək ki, iyunun 12-də ABŞ-ın Florida ştatının Orlando şəhərində yerləşən "Pulse" gecə klubunda törədilən terror aktı nəticəsində 50 nəfər ölüb, 53 nəfər yaralanıb.
Kluba hücum edənin Əfqanıstan mənşəli Ömər Mətin olduğunu açıqlanıb.

Xəbər lenti
0