Azərbaycan ABŞ-dakı terroru qınadı

© Sputnik / Murad OrujovAzərbaycan Respublikasının Xarici İşlər Nazirliyi
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-da çoxlı insan ölümü ilə nəticələnən hadisəyə münasibət bildirib.

BAKI, 13 iyun-Sputnik. Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ABŞ-da çoxlı insan ölümü ilə nəticələnən hadisəyə münasibət bildirib.

XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Sputnik-ə açıqlamasında deyib ki, Azərbaycan XİN 12 iyun 2016-cı il tarixində Amerika Birləşmiş Ştatlarının Orlando şəhərində çox sayda insanın ölümü və yaralanması ilə nəticələnən dəhşətli silahlı hücumu qınayır.

"Həlak olanların ailələrinə və Amerika Birləşmiş Ştatlarının xalqına dərin hüznlə baş sağlığı verir və yaralananların tezliklə şəfa tapmasını diləyirik" — deyə H.Hacıyev bildirib.

Qeyd edək ki, ötən gün ABŞ-ın Florida ştatının Orlando şəhərində yerləşən "Pulse" gecə klubunda törədilən terror aktı nəticəsində 50 nəfər ölüb, 53 nəfər yaralanıb.

Kluba hücum edənin Əfqanıstan mənşəli Ömər Mətin olduğu açıqlanıb.

Xəbər lenti
0