Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

İspaniya Çexiyanı məğlub etdi

© REUTERS / Vincent Kessler LivepicPike (İspaniya) oyunun yeganə qolunu vurarkən
Pike (İspaniya) oyunun yeganə qolunu vurarkən - Sputnik Azərbaycan
Abunə olmaq
İspanların üstünlüyü ilə keçən oyunda hesab 87-ci dəqiqədə Pikenin baş zərbəsi ilə açılıb.

BAKI, 13 iyun-Sputnik. Futbol üzrə Avropa çempionatında D qrupunun ilk turuna yekun vurulub.

Fransada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsi çərçivəsində İspaniya və Çexiya komandaları üz-üzə gəliblər.

İspanların üstünlüyü ilə keçən oyunda hesab 87-ci dəqiqədə Pikenin baş zərbəsi ilə açılıb.

Matçda başqa qol qeydə alınmayıb — 1:0.

D qrupunun digər oyunu ötən gün Türkiyə və Xorvatiya (0:1) yığmaları arasında baş tutub.

İlk turdan sonra İspaniya və Xorvatiya hərəyə 3 xalla qrupa başçılıq edir. Türkiyə ilə Çexiya isə xal qazanmayıb.

Xəbər lenti
0