BAKI, 12 iyun — Sputnik. Türkiyə milli komandası Fransada keçirilən futbol üzrə Avropa çempionatına məğlubiyyətlə başlayıb.
Sputnik-in məlumatına görə, bu gün Türkiyə və Xorvatiya millilərinin qarşılaşması ilə “D” qrupunda oyunlara start verilib.
İsveçli baş hakim Conas Erikssonun idarə etdiyi matçın ilk hissəsinin 41-ci dəqiqəsində Xorvatiya millisinin oyunçusu Luka Modriç hesabı açıb. İkinci hissə qarşılıqlı hücumlarla keçsə də, tərəflərin heç bir fərqlənə bilməyib.
Beləliklə Türkiyə millisi “D” qrupunda ilk oyununda məğlub olub.
Bu görüşlə Türkiyə və Xorvatiya milliləri Avropa çempionatlarında üçüncü dəfə qarşılaşıblar. İlk dəfə 1996-cı ildəki birincilikdə üz-üzə gələn yığmaların görüşündə də xorvatlar 1:0 hesabı ilə qalıb gəlmişdilər. 2008-ci ildə 1/4 finalda keçirilən görüşün əlavə vaxtı 1:1 hesabı ilə başa çatdığından komandalar 11 metrlik zərbələr vurmuşdular. Bu "lotereyadan" türklər qlib çıxmışdılar.