BAKI, 11 iyun — Sputnik. Futbol üzrə Avropa çempionatına start verilib. Bir ay davam edəcək həyəcanlı marafonun ilk qarşılaşması meydan sahibləri Fransa millisi ilə Rumıniya arasında baş tutub.
Qitə birinciliyinin açılış matçının iştirakçıları A qrupunda mübarizə aparırlar.
Beləliklə, çempionatın ilk qolunu franslz Jiru vurub (56-cı dqiqə). Rumın Stanku 9 dəqiqədən sonra penaltidən hesabı bərabərləşdirib. Fransızların qələbə topunu 89-cu dəqiqədə Paye vurub — 2:1.
Fransa bu ölkədə keçirilən qitə birinciliyinə qələbə ilə başlayıb.
Qrupun digər oyunu isə iyunun 11-də keçiriləcək ki, bu qarşılaşmada Albaniya İsveçrə ilə oynayacaq.