Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Azərbaycanlı təsərrüfatçılar arasında təlaş

© Sputnik / Hikmet OrhunPomidor təsərrüfatı Şəmkir
Pomidor təsərrüfatı Şəmkir - Sputnik Azərbaycan
Abunə olmaq
Məhsullarımızın Rusiya tərəfindən geri qaytarılması sahibkar və fəhlələr arasında ciddi narahatlığa səbəb olub: "Rusiya bazarı üzümüzə bağlansa, acından öləcəyik"

Hikmət Orhun, Sputnik Azərbaycan

BAKI, 9 iyun — Sputnik. Son günlərdə azərbaycanlı fermer və sahibkarların kənd təsərrüfatı mallarının Rusiya Federasiyası tərəfindən müxtəlif səbəbdən ölkəyə geri qaytarılması halları insanların narahatlığına səbəb olub. Sonuncu dəfə göndərilən və ölkəyə buraxılmayan məhsulun bir hissəsi tamamilə zay olub.

Rusiya bazarında tərəvəz satışı - Sputnik Azərbaycan
RUSİYA
Azərbaycandan Rusiyaya ixrac olunan məhsullar geri qaytarılır

Qonşu ölkənin müvafiq orqanları hərəkətlərinə haqq qazandırmaq üçün azərbaycanlı fermerlərə malların sənədlərində mənşə ölkəsinin düzgün qeyd olunmadığını bildirib. Bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

Rusiyanın geri qaytardığı pomidorlar Şəmkir istixanalarında yetişdirilmiş yerli məhsullardır, qablaşdırma da Azərbaycanda aparılıb. Problemlə bağlı DGK əməkdaşları Dağıstanın gömrük orqanları ilə danışıqları davam etdirir. Xaçmaz gömrük idarəsindən verilən məlumata görə, Azərbaycandan gedən məhsulların hamısının mənşə və fitosanitar sertifikatları və digər sənədləri tam qaydasındadır.

Məsələyə yerli sahibkarların fikrini öyrənmək üçün bölgədəki əsas təsərrüfat mərkəzlərindən biri sayılan və Rusiya bazarlarını tərəvəz məhsulları ilə təmin edən Şəmkir rayonuna üz tutduq. Əsas təsərrüfat sahəsi istixana olan rayon insanlarının qapısında becərdiyi istixanadan əldə etdiyi məhsullar belə, ortalıqda qalıb. Hektarlarla sahədən alınan məhsulun və onu əkib becərən insanların taleyi sual altındadır.

© Sputnik / Hikmet OrhunŞəmkir rayonundakı istixanalardan biri.
Şəmkir rayonundakı istixanalardan biri - Sputnik Azərbaycan
1/6
Şəmkir rayonundakı istixanalardan biri.
© Sputnik / Hikmet OrhunBu tip istixanalarda yetişdirilən pomidorlar əsasən Rusiya bazarına ixrac olunur.
Bu tip istixanalarda yetişdirilən pomidorlar əsasən Rusiya bazarına ixrac olunur - Sputnik Azərbaycan
2/6
Bu tip istixanalarda yetişdirilən pomidorlar əsasən Rusiya bazarına ixrac olunur.
© Sputnik / Hikmet Orhunİstixanadakı pomidor tağları.
İstixanadakı pomidor tağları - Sputnik Azərbaycan
3/6
İstixanadakı pomidor tağları.
© Sputnik / Hikmet Orhunİstixana məhsullarının Rusiyadan geri qaytarılması bu bölgədə işsizliyi daha da artıracaq.
İstixana məhsullarının Rusiyadan geri qaytarılması bu bölgədə işsizliyi daha da artıracaq - Sputnik Azərbaycan
4/6
İstixana məhsullarının Rusiyadan geri qaytarılması bu bölgədə işsizliyi daha da artıracaq.
© Sputnik / Hikmet OrhunSahibkar görəndə ki, işçinin haqqını verə bilmir, sayını azaldacaq; nəticədə yüzlərlə adam işsiz qalacaq.
Sahibkar görəndə ki, işçinin haqqını verə bilmir, sayını azaldacaq; nəticədə yüzlərlə adam işsiz qalacaq - Sputnik Azərbaycan
5/6
Sahibkar görəndə ki, işçinin haqqını verə bilmir, sayını azaldacaq; nəticədə yüzlərlə adam işsiz qalacaq.
© Sputnik / Hikmet OrhunFəhlələr arasında elələri var ki, səhhəti üzündən ağır iş görə bilmir, ancaq oturaq vəziyyətdə pomidorun yaxşısını, pisini ayırd eləyir.
Fəhlələr arasında elələri var ki, səhhəti üzündən ağır iş görə bilmir, ancaq oturaq vəziyyətdə pomidorun yaxşısını, pisini ayırd eləyir - Sputnik Azərbaycan
6/6
Fəhlələr arasında elələri var ki, səhhəti üzündən ağır iş görə bilmir, ancaq oturaq vəziyyətdə pomidorun yaxşısını, pisini ayırd eləyir.
1/6
Şəmkir rayonundakı istixanalardan biri.
2/6
Bu tip istixanalarda yetişdirilən pomidorlar əsasən Rusiya bazarına ixrac olunur.
3/6
İstixanadakı pomidor tağları.
4/6
İstixana məhsullarının Rusiyadan geri qaytarılması bu bölgədə işsizliyi daha da artıracaq.
5/6
Sahibkar görəndə ki, işçinin haqqını verə bilmir, sayını azaldacaq; nəticədə yüzlərlə adam işsiz qalacaq.
6/6
Fəhlələr arasında elələri var ki, səhhəti üzündən ağır iş görə bilmir, ancaq oturaq vəziyyətdə pomidorun yaxşısını, pisini ayırd eləyir.

Pomidor təsərrüfatı sahələrindən tək Şəmkir deyil, fəhləlik edərək ətraf rayonların sakinləri də yararlanırlar. Buna görə də, yaranmış vəziyyət sahibkarlardan daha çox onları narahat edir. Belə ki, işsizliyin baş aldığı vaxtda illərdir, dərim, qablaşdırma və digər işlərdə əmək qoyub, ailəsinə çörəkpulu aparır, dolanışıq çıxarırlar. Lakin, belə davam edərsə, işlərindən olacaqlarından ehtiyatlanırlar.

Qablaşdırma işi ilə məşğul olan Mehman Alıyev deyir ki, qapısında əkdiyi məhsuldan cəmi bir dərim sata bilib, ikincisi məlum problemdən dolayı yerdə qalıb: "Evimdəki becərdiyim yenicə yetişib. Birinci dəfə iyirmi yeşik satdım, ikinci dərim əlli yenşik olar, amma yerdəcə qalıb. Əsrin əvvəlində ümidimiz Gürcüstana idi, oradan elədilər. Rusiya bazarlarını da üzümüzə qapatsalar, biz kasıblar acından öləcəyik".

Mehman dayının iş yoldaşı Namiq də eyni fikirdədir. Onları bölgədəki işsizliyin cəngindən alan istixana məhsullarının geri qaytarılmasının fəhlələrin güzəranına güclü təsir edəcəyini deyir: "Sahibkar görəndə ki, işçinin haqqını verə bilmir, sayını minimuma salacaq. Belədə yüzlərlə adam işsiz qalacaq".

"Bəlkə mən də… Mənə nə var, sabah gedib, daş qaldıracam. Fəhlələr arasında elələri var ki, səhhəti üzündən ağır iş görə bilmir, ancaq oturaq vəziyyətdə pomidorun yaxşısını, pisini ayırd eləyir. Adamlar zatən sezon bitəndə çətinlik çəkirlər, bu iş də əldən çıxsa, ac qalacaqlar", — əlavə edir.

Yük maşınları - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Rusiya Azərbaycana qarşı da sanksiya tətbiq edir?

Fəhlələrin hamısının dərdi eynidir: əziyyətli, bəzən yuxusuz, bəzən ağrılı, bəzən dözülməz olsa da, onlara dolanışıq qazandıran öz sevimli peşələrini itirmək qorxusu. Sahibkarlar isə məsələ ilə bağlı hər hansı bir münasibət bildirmək istəmədiklərindən onların dərdini anlamaq mümkün deyil.

Ümumi mənzərə isə belədir ki, Rusiya inad eləsə, hamı — fəhlə fəhlə kimi, sahibkar sahibkar kimi əziyyət çəkəcək. Sözsüz ki, fəhlələrin çoxu vəziyyətdən çıxmaq üçün harda olsa, iş tapacaq, elə bəlkə də Rusiyanın özündə… Ancaq ölkə təsərrüfatının əsas sahələrindən biri olan istixanaların sahibləri bəlkə də xərci borcunu ödəmədiyindən biznesini sonlandırıb (əlbəttə, istəmərik elə olsun), özgə işlə məşğul olacaq.

Xəbər lenti
0