Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Azərbaycandan Rusiyaya ixrac olunan məhsullar geri qaytarılır

© Sputnik / Maxim Bogodvid / Mediabanka keçidRusiya bazarında tərəvəz satışı
Rusiya bazarında tərəvəz satışı - Sputnik Azərbaycan
Abunə olmaq
Dövlət Gömrük Komitəsi: "Sonuncu dəfə Rusiyaya göndərilən xeyli miqdarda pomidor məhsulu geri qaytarılıb, ölkəyə buraxılmayan məhsulun bir hissəsi isə tamamilə zay olub"

BAKI, 7 iyun — Sputnik. Son dövrlərdə azərbaycanlı fermer və sahibkarların Rusiya Federasiyasına göndərdikləri kənd təsərrüfatı məhsullarının müxtəlif səbəblərdən geri qaytarılması hallarının sayı artıb. Bu barədə Sputnik-ə Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən məlumat verilib.

Rusiya bazarında tərəvəz satışı - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Moskvadan Bakıya çağırış: "Bizə "Made in Azerbaijan" pomidorları lazımdır"

Bildirilir ki, sonuncu dəfə Rusiyaya göndərilən xeyli miqdarda pomidor məhsulu geri qaytarılıb, ölkəyə buraxılmayan məhsulun bir hissəsi isə tamamilə zay olub: "Qonşu ölkənin müvafiq orqanları hərəkətlərinə haqq qazandırmaq üçün azərbaycanlı fermerlərə malların sənədlərində mənşə ölkəsinin düzgün qeyd olunmadığını bildirib".

"Qeyd edək ki, Azərbaycan Respublikasından Rusiya Federasiyasına göndərilən kənd təsərrüfatı məhsulları və digər mallar qanunvericilikdə nəzərdə tutulan bütün müvafiq sənədlərlə təmin olunduqdan sonra ixracına icazə verilir. Buna görə də geri qaytarılan pomidor məhsullarının mənşə sertifikatının düzgün olmaması, yəni dolayısı ilə məhsulun Azərbaycanda istehsal edilməməsi barədə irəli sürülən arqumentlər əsla həqiqətə uyğun deyil", — DGK-dan bildiriblər.

Komitədən verilən məlumata görə, üstəlik araşdırmalar göstərir ki, Azərbaycandan göndərilən kənd təsərrüfatı məhsullarında müvafiq analizlərin aparılması Dağıstan Respublikası ərazisində mümkün olmadığından məhsullardan götürülən nümunələr paytaxt Moskvaya göndərilir ki, belə olan halda nəticələrin əldə olunması üçün bəzən 10 gündən də artıq vaxt tələb olunur: "Bu vaxt ərzində isə sərhəddə gözləyən həmin kənd təsərrüfatı məhsulları əksər hallarda yararsız olur".

"Bir məqamı xüsusi olaraq diqqətə çatdırırıq ki, hələ 2015-ci il, şimal qonşumuzun hər hansı bir ölkəyə sanksiyalar tətbiq etmədiyi dövrlə qadağaların tətbiqinə başlanıldığı 2016-cı il qarşılaşdırıldığında, Rusiya Federasiyasına pomidor məhsulunun əsas ixracatçılarının eyni şəxslər olduğu məlum olub", — deyə DGK bəyan edir.

Xatırladaq ki, hazırda problemin aradan qaldırılması üçün Dövlət Gömrük Komitəsi Rusiya Federasiyasının aidiyyatı qurumlarına rəsmi olaraq müraciət edib və bu istiqamətdə intensiv iş aparılır.

Xəbər lenti
0