CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Avtomobillərin icbari sığortası ilə bağlı yenilik edildi

© Flickr / Pictures of MoneyAvtomobillərin icbari sığortası
Avtomobillərin icbari sığortası - Sputnik Azərbaycan
Abunə olmaq
İyunun 7-dən etibarən 9707 nömrəsindən göndərilən SMS bildirişlərində icbari sığorta müqaviləsinin bağlandığı, qüvvəyə mindiyi və qüvvədən düşdüyü tarixlər əks olunmayacaq

BAKI, 7 iyun — Sputnik. "İcbari sığortalar haqqında" Qanunun 34.3.4-cü maddəsinə əsasən İcbari Sığorta Bürosunun informasiya sistemi sığortalının bağladığı icbari sığorta müqaviləsinin mövcudluğu barədə mobil rabitə və internet vasitəsilə təsdiqləyici məlumat almaq və həmin müqavilədə əks olunan məlumatları əldə etmək imkanını təmin etməlidir.

Standard Insurance. Arxiv şəkli - Sputnik Azərbaycan
İQTİSADİYYAT
"Bəziləri sığortaya təhlükəsizlik təminatı kimi deyil, qazanc mənbəyi kimi baxırlar"

Bürodan Sputnik-ə bildiriblər ki, Qanunun müvafiq maddəsinə uyğun olaraq İcbari Sığorta Bürosu tərəfindən istifadəyə verilən 9707 SMS xidməti vasitəsilə sığortalılara avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsinin bağlanması, ləğvi, xitamı, qüvvədən düşməsi və sığorta haqqı barədə məlumat göndərilir.

Son zamanlar İcbari Sığorta Bürosuna daxil olan müraciətlərə, o cümlədən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının rəsmi məktubuna əsasən sığortalılara məxsus məlumatların, həmçinin icbari sığorta müqavilələrinə aid olan məlumatların sığorta bazarının peşəkar iştirakçıları tərəfindən əldə olunaraq öz mənafeləri üçün istifadə olunmasının və dələduzluq hallarının qarşısının alınması, sığorta bazarına etimadın, müştəri məmnunluğunun artırılması məqsədilə 9707 nömrəsindən göndərilən SMS bildirişlərində icbari sığorta müqaviləsinin bağlandığı, qüvvəyə mindiyi və qüvvədən düşdüyü tarixlər 07 iyun 2016-cı il tarixindən etibarən əks olunmayacaq.

Xəbər lenti
0