Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

"Əcəl zəngi"ni gözləyənlər

© Sputnik / Murad Orujovİnsanlar növbədə
İnsanlar növbədə - Sputnik Azərbaycan
Abunə olmaq
İnsanlar kimin ardınca və hansı səbəbə getmək lazım olduğunu anlaya bilmirlər. Ortada böyük ideyalar və onları həyata keçirəcək şəxsiyyətlər gözə dəymir.

BAKI, 7 iyun — Sputnik. Azərbaycandakı siyasi proseslər böyük bir dairəni xatırladır, onun içərisində isə daha kiçik dairəciklər mövcuddur. Bütün bunlar siyasi mühitdə olan anormallığın göstəricisi olmaqla yanaşı, sistemli böhranın açıq-aydın göstəricisidir.

mitinq - Sputnik Azərbaycan
TƏHLİL
İdeologiyasız mübarizə

Hamı — iqtidar, müxalifət, "üçüncü qüvvə", ziyalılar, dini icmalar və s. özlərini qapalı dairəyə qapayırlar və onun hüdudlarından kənara çıxmaq şansları belə, yoxdur. Bu isə ölkədəki siyasi sistemin özünün iflic vəziyyətdə olduğuna dəlalət edir.

Qapalı dairələrdə həbs olunanlar kənarda, orta statistik azərbaycanlıların çoxluq təşkil etdiyi mühitdə baş verənlərdən xəbərsizdirlər. İctimai rəyin olmadığı, gündəmin süni şəkildə dəyişdirildiyi ölkədə, hətta kiçik siyasi dərnəklər də böyük siyasi iddialara düşürlər. Siyasi təşkilatın siyasi ambisiyalarla çıxış etməsi normal haldır, lakin reallığı nəzərə almadan, dəqiq hesablamalar aparmadan cəmiyyətə radikal mesajlar vermək psixoloji problemlərin göstəricisidir.

Azərbaycanda siyasi fəalların bütün fəaliyyət və addımları qapalı dairədə həyata keçirildiyindən, reallıq hissi nəzərə alınmır. Daim eyni adamlarla ünsiyyət, hətta sosial şəbəkələrdə eyni insanlarla təmas, bütövlükdə cəmiyyətin onlar kimi düşündüyü fikrini aşılayır.

Lakin belə fəaliyyətin ömrü də olduqca qısa olur. Seçkidən-seçkiyə fəallaşan müxalifət elektoratı, seçkidən sonra elə bir xəyal qırıqlığına uğrayır ki, minlərlə insan depressiyaya düşür.

Bütövlükdə siyasi müstəvidə vəziyyət eynidir. Bu dairələrdən kənarda yüz minlərlə, milyonlarla insan var ki, onlar tamamilə fərqli düşünürlər. Həmin kəsim nə iqtidarın, nə müxalifətin, nə də ki özünü yeni siyasi qüvvə kimi təqdim etmək istəyən gənclərin fikirlərini bölüşür və onları müdafiə edir.

Ortada böyük ideyalar da yoxdur. Yaşayışından narazı qalan, lakin nə etmək lazım olduğunu bilməyən insanlara yeni impulslar lazımdır. Müxalifətdə siyasi düzəni, münasibətlər sistemini tamamilə dəyişəcək ideya generatorları gözə dəymir. Prinsip etibarilə, siyasi təşkilatlar bir medalın əks tərəfinə bənzəyir.

Liderlərin bütləşdirilməsi, onların dediklərinin doqmalar kimi qəbul edilməsi, dürüstlük dərəcəsinin aşağı olması qapalı dairədən kənarda qalan milyonlarla insana siyasi elita ilə əks elita arasında heç bir fərqin olmadığı fikrini aşılayır. Elə problemlərin kökündə də bu məsələ dayanır.

İŞİD-in edamı - Sputnik Azərbaycan
TƏHLİL
Onların ən çox nifrət etdikləri şüar - Öncə Vətən!

İnsanlar kimin ardınca və hansı səbəbə getmək lazım olduğunu anlaya bilmirlər. Ortada böyük ideyalar və onları həyata keçirəcək şəxsiyyətlər gözə dəymir. Azərbaycanda fədakarlıqla mübarizə aparan qüvvələrin özləri də sabah nə baş verəcəyini hesablaya, gündəm yarada, prosesləri arxalarınca apara bilmirlər.

Ən yaxşı halda onlar kortəbii şəkildə inqilabi situasiyanın yetişəcəyi, xalqın ayağa qalxacağı və meydanlarda liderlərin adlarını səsləndirəcəkləri günü gözləyirlər. Bu isə artıq siyasətşünaslıqdan kənar elmlərin qiymət verə biləcəyi davranışlar qaydasıdır.

Azərbaycanda Con Stüart kimi liberal ideoloqlar da yoxdur, Lenin kimi inqilabçılar da. Bir sözlə, proseslər öz axarına buraxılıb. Hamı qapalı dairədə oturub, "əcəl zənginin" çalınmasını gözləyir…

Xəbər lenti
0