Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Qondarma "soyqırımı" qərarı almanları necə peşman edəcək?

© Photo : www.nspm.rsAlmaniya Bundestaqının iclası. Arxiv şəkli
Almaniya Bundestaqının iclası. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Almaniya kansleri məsələyə müdaxilə etməli və kəsərli mövqe ortaya qoymalıdır. Əks halda Almaniya-Türkiyə münasibətlərinin gələcəyi sual altında qala bilər.

Fuad Ələkbərov, Sputnik Azərbaycan
(Şotlandiyalı siyasi təhlilçi və Qlazqo Kaledoniya Universitetinin məzunu)

BAKI, 7 iyun — Sputnik. Bundestaqın uydurma "erməni soyqırım" qətnaməsini, Fransa parlamentinin buna oxşar və bir neçə il əvvəl qəbul etdiyi qətnamə kimi — təkəbbürlü qərar adlandırmaq olar. Lakin qeyd etmək istəyirəm ki, bu, heç bir əhəmiyyəti olmayan və vəziyyəti dəyişməyən qərardır. 

© http://www.heraldscotland.comFuad Ələkbərov
Fuad Ələkbərov - Sputnik Azərbaycan
Fuad Ələkbərov

Diplomatiya — yüksək mənəvi şəxsiyyətlərin müsabiqəsi deyil. Diplomatiya — dövlətlərin bir-biri ilə əsaslı prinsiplər əsasında təşkil edilən və səmərəliliyini təsdiq edən əməkdaşlıqdır. Nə artıq, nə əskik.

Sözügedən qətnamənin qəbulu Almaniya-Türkiyə münasibətlərinə xələl gətirəcək. Bu məqamda Türkiyənin atacağı adekvat addımın nədən ibarət olacağı maraq kəsb edir. Eyni zamanda bu addım Türkiyə-Avropa İttifaqı əlaqələrinə çox böyük ziyan vuracaq.

Avropa İttifaqının Türkiyə ilə əlaqələri Türkiyənin miqrantlara qucaq açması fonunda xeyli yaxşılaşmışdı. Almaniya kansleri Angela Merkelin Türkiyəyə səfəri çərçivəsində verdiyi bəyanatlarda Türkiyənin mövqeyi müdafiə olunurdu.

Qeyd olunmalıdır ki, Almaniyada 3 milyona yaxın türk yaşayır. Belə olan halda Almaniya daxilində də müəyyən ziddiyyətlər yaranacaq.

Təbii ki, Türkiyə adekvat addımlar atacaq. Türkiyə ilə Almaniyanın iqtisadi əlaqələrinə yenidən baxılması gündəmə gələ bilər. Yəqin ki, Türkiyə Almaniyaya münasibətdə həm iqtisadi, həm də siyasi sferada müəyyən məhdudiyyətlər qoyacaq.

Türk mallarının əsas alıcılarından biri məhz Almaniyadır. Əlaqələr sözsüz ki, ikitərəflidir. Yəni Türkiyə də zərər görə bilər. İndiki məqamda biz Türkiyənin Almaniyaya qarşı tətbiq edəcəyi sanksiyalardan danışa bilərik.

Hərbi təhlükəsizlik sferalarında da iki dövlət arasında əməkdaşlıq mövcud idi. Sözsüz ki, bu əlaqələr zərər görəcək.

Erməni diasporuna maraqlıdır ki, Türkiyənin Avropa İttifaqına gedən yolu bağlansın. Çünki bu məsələdə Almaniyanın mövqeyi xeyli yumşalmışdı. Almaniya Bundestaqı ermənipərəst qüvvələrin təsiri ilə bu cür addım atdı.

Nürnberqdəki nümayişdə fəxri qarovul Adolf Hitleri salamlayır. 13 sentyabr 1933-cü il - Sputnik Azərbaycan
YAZARLAR
Bu da tarixin lənəti

Hesab edirəm ki, bu məsələdə də Fransadakı kimi oxşar addım atıla bilər. Fransada son nəticədə Konstitusiya Məhkəməsi fərqli mövqedən çıxış etdi. Almaniyada isə məsələ bir az fərqlidir. Bundestaq bu qətnaməni qəbul etdikdən sonra Almaniya kansleri məsələyə müdaxilə etməli və kəsərli mövqe ortaya qoymalıdır. Əks halda Almaniya-Türkiyə münasibətlərinin gələcəyi sual altında qala bilər.

Bu proseslər həm də Azərbaycan-Almaniya münasibətlərinə kölgə sala bilər. Bu məsələdə Azərbaycan dövlətinin mövqeyi ortadadır. Tarixdə ermənilərə qarşı soyqırım aktı törədilməyib. Əslində soyqırım türklərə qarşı qeydə alınıb.

Azərbaycan tərəfi bu məsələdə Türkiyənin yanındadır. Azərbaycan Türkiyənin mövqeyini müdafiə edir. Azərbaycanın diplomatik və digər kanallar vasitəsilə öz etirazını bildirəcəyi istisna deyil. Almaniya Bundestaqı Almaniya-Türkiyə və Almaniya-Azərbaycan münasibətlərinə kölgə salacaq addım atıb.

 

Xəbər lenti
0