Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Bu gündən etibarən aşağıdakı qaydalara əməl etməsəniz...

© Photo : resim.ozgurdusunce.comRanazan süfrəsi
Ranazan süfrəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyəli ekspertlər Ramazan ayında yeyib-içilməsi tövsiyyə olunan və olunmayan qidaların menyusunu hazırlayıblar

BAKI, 6 iyun — Sputnik. Müqəddəs Ramazan ayı yetişdi. Bu gün axşam niyyət axşamı, sabah isə orucluğun ilk günüdür. Havaların isti olmasının yaratdığı çətinliklərlə yanaşı, bu Ramazanda oruc tutma müddəti də çox uzun, yəni iftarla sahur arasında yemək yemə vaxtının da çox qısa olacaq. Bu vəziyyət sağlam həyat tərzinə necə təsir edəcək?

Bakıldakı Şəhidlər məscidi - Sputnik Azərbaycan
Oruc tutanların nəzərinə

Türkiyəli tibb mütəxəssisi (daxili xəstəliklər üzrə ekspert) Ayça Kaya sağlam oruc tutmağın incə nöqtələrindən danışıb. Ramazanda ən böyük çətinliyin susuzluqla bağlı olduğunu deyən Kayanın sözlərinə görə, bu günlərdə iftarla sahur arasında yeməkdən çox su içmək məsləhətdir.

"İftarla sahur arasında minimum 8-10 stəkan su içmək lazımdır. Kifayət qədər su içməmək həkimə məsləhətləşmədən oruc tutan yaşlılarda şəkər, təzyiq və ürək xəstələrində böyrək çatmazlığına səbəb ola bilər", — həkim deyib.

O bildirib ki, çay və qəhvə suyun yerini verə bilməz: "Bu ikisini xüsusilə sahur süfrələrindən çıxarmaq lazımdır. Onun yerinə cökə, adaçayı kimi daha rahat çayları seçmək olar. İlk seçimimiz razyana çayı ola bilər. Bu çay həm mədəni rahatlaşdırır, həzmi asanlaşdırır, həm də gün ərzində adamın daha çox tox qalmasını təmin edir".

Mütəxəssis deyib ki, insanı tox tutacaq yeməklərdən qatıq və yumurtadan istifadə oluna bilər: "Xüsusilə sahur yeməyində. Sahurda yağlı yeməklər yemək gün ərzində susuzluğu artırır, dayanıqlılıq müddətini də qısaldır. Ən yaxşı sahur yeməyi qəhvəaltıdır, amma sahurda pide yeməyin. Ağ çörək qan şəkərini dalğalandırır və gün ərzində insana aclıq verir. Sahurda tam buğda və qara çörəklərdən istifadə edilməlidir".

Şəkər xəstələri, diqqət!

Ayça Kayanın sözlərinə görə, uzun müddət ac qalan zaman qanda şəkər hədsiz dərəcədə aşağı düşür: "Bu səbəbdən orucu xurma və bir stəkan su ilə açmaq ən yaxşısıdır. Xurma qan şəkərini çox yaxşı tarazlayır. Birdən çox yeyildiyi zaman mədə problemləri yaşana biləcəyindən, iftarı şorba ilə başlamaq da çox doğru bir seçimdir".

Mütəxəssis bildirir ki, Ramazanda kifayət qədər su istehlak edilmədiyi üçün, qəbizlik ən böyük problemlərdən birinə çevrilə bilər: "Ona görə hər süfrədə mütləq ən az iki növ salat olmalıdır. Biri yaşıl salat, yanında da qaynadılmış, bişmiş tərəvəz salatı ola bilər. Meyvələrdən də istifadə unudulmamalıdır. Süfrədə plov, pide, şorba, kartof və s. bir yerdə yeyilməməlidir. Çoxlu karbonhidrat qan şəkərini çox sürətli yüksəldə bilər".

"Süfrədə toyuq, balıq və ya qırmızı ətdən biri mütləq olmalıdır. Protein kifayət qədər olmazsa, qarında yağlanma artır. Basdırma, sosiska, duzlu pendirlər su ehtiyacını artırır. Bunların yerinə pomidor, xiyar seçilməlidir. Meyvələri çiy yemək ən yaxşıdır. İftardan sonra mümkünsə yarım saat gəzmək lazımdır", — Kaya vurğulayıb.

Xüsusi Ramazan menyusu

Türkiyənin Acıbadem Universitetinin bəslənmə və diyeta bölümünün rəhbəri, professor Murat Baş da Ramazan üçün xüsusi menyu tərtib edib. Belə ki:

Birinci menyu

İftara:
— 1 xurma
— 2 qoz içi
— 1 dilim ağ pendir
— Yarım ovuc böyüklüyündə pide
— 1 çömçə şorba
— 1 qab tərəvəzlə ətin tez-tez qarışdırılaraq qızardılması
— 4 qaşıq yarma plovu
— 1 kasa qatıq
— Mövsümə görə salat

İftarla Sahur arasında:
— 10 çiyələk
— 2 dondurma

Sahurda:
— 1 yumurta və 2 yumurta ağından göbələkli omlet
— 1 dilim az duzlu ağ pendir
— 2 dilim tam taxıllı çörək
— 1 dilim qarpız
— tərəvəzlər (pomidor, xiyar)
— Bol su

İkinci menyu

İftara:
— 1 xurma
— 2 qoz içi
— 1 dilim ağ pendir
— Yarım ovuc böyüklüyündə pide
— 1 çömçə təzə pomidor şorbası
— 1 qab qıymalı-noxudlu bamya
— 1 kasa atlama
— Mövsümi salat

İftarla Sahur arasında:
— 1 dilim güllaç (rahat həzm edilən türk şirniyyatlarından biri)
— 1 ədəd tavada tez-tez qarışdırılaraq qızardılmış şaftalı

Sahurda:
— 2 qaynadılmış yumurta
— 1 dilim az duzlu ağ pendir
— 2 dilim tam taxıllı çörək
— 15 albalı
— 10 çiy badam
— tərəvəzlər (Pomidor, xiyar kimi)
— Bol su

"Hər orqanizmin fərqli xüsusiyyəti var"

Məsələ ilə əlaqədar həkim, tibbi ekspert Rasif Bağırov Sputnik-ə açıqlamasında deyib ki, qidanı az qəbul edəndə orqanizmin suya tələbatı da azalır: "Qida məhsulları qəbul olunanda orqanizmdə müəyyən mayelərin qəbuluna tələbat olur ki, həzm prosesi, parçalanma yaxşı getsin, yəni, biokimyəvi proseslərin gedişində suya ehtiyac yaranır".

Ekspert bildirib ki, havaların isti olması, orqanizmdə tərləmənin, buxarlanmanın çoxalması suya tələbi artırır: "Düşünmürəm, hansısa bir qida məhsulu var ki, suya dözümlülüyü artırsın. Yəni, bunu qəbul et, dözümlülüyü artırsın. Belə bir şey yoxdur".

"Hər bir orqanizmin özünün invidual olaraq tər ifraz etmə xüsusiyyəti var. Yəni, kütləvi şəkildə insanlara demək ki, məsələn, hansısa bir qidanı qəbul edin, dözümlülüyünüz artsın. Bu bir az çətin məsələdir", —deyə ekspert əlavə edib.

Xəbər lenti
0