Oruc tutanların nəzərinə

© Sputnik / Murad OrujovBakıldakı Şəhidlər məscidi
Bakıldakı Şəhidlər məscidi - Sputnik Azərbaycan
Abunə olmaq
Qafqaz Müsəlmanları İdarəsi bu ilin Ramazan təqvimini təqdim edib.

BAKI, 27 may-Sputnik. Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bu ilin Ramazan təqvimini ictimaiyyətə təqdim edib.

Sputnik-in məlumatına görə, QMİ-nin facebook səhifəsində Azərbaycanın bütün rayonları üzrə Ramazan təqvimi yerləşdirilib.

Təqvimdə ölkənin bütün rayonları üzrə imsak və iftar vaxtları qeyd olunub.

© Photo : QMİBakı şəhəri üçün Ramazan ayının təqvimi
Bakı şəhəri üçün Ramazan ayının təqvimi - Sputnik Azərbaycan
Bakı şəhəri üçün Ramazan ayının təqvimi

QMİ ötən gün müsəlmanların müqəddəs ramazan ayının başlanması münasibətilə fətva verib.

Fətvaya görə, bu il Azərbaycanda milad təqvimi ilə 7 iyun, hicri tarixi ilə ramazan ayının birinci gününə, Eydül-Fitr (Fitr bayramı) isə iyulun 6-na təsadüf edəcək və həmin gün ölkədə bayram namazı qılınacaq.

Xəbər lenti
0