Türkiyə Prezidenti: "Ana olmağı rədd edən qadın anormaldır"

© AFP 2024 / ADEM ALTANRəcəb Tayyib Ərdoğan
Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan
Abunə olmaq
Rəcəb Tayyib Ərdoğan qadını qızıla bərabər tutub: "Qızılı hər hansı bir filiz halına salanda, qızılla dəmiri bərabərləşdirəndə ədaləti təmin etmiş olmazsız"

BAKI, 6 iyun — Sputnik. ""İşləyirəm" deyib analıqdan imtina edən bir qadın, əslində qadınlığını inkar edir. Ana olmağı rədd edən, evinə bağlanmaqdan vaz keçən bir qadın, iş dünyasında nə qədər uğur əldə edirsə etsin, orijinallığını itirməklə üz-üzədir, yarımçıqdır, anormaldır. Analığı rədd etmək insanın öz yarısından vaz keçməsidir, insanlıqdan imtina etməsidir".

Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan
TƏHLİL
Ərdoğan hədəfinə yaxınlaşır: sultanlıq, yoxsa siyasi sabitlik?

Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qadın və Demokratiya Dərnəyinin açılış mərasimindəki çıxışında deyib. Ərdoğan İstanbulda qızı Sümeyyenin təşəbbüsü ilə yaradılmış Qadın və Demokratiya Dərnəyinin (qısa adı — KADEM) baş ofisinin açılışını edib. Açılış mərasiminə onun xanımı Əminə Ərdoğan, Ailə və Sosial Siyasət naziri Fatma Betül Sayan Kaya, KADEM-in sədri Əminə Sare Aydın Yılmaz, KADEM sədrinin müavini, qızı Sümeyye Ərdoğan Bayraqdar və onun əri Səlçuq Bayraqdar, həmçinin o biri qızı Əsra Albayraq da qatılıb.

KADEM-in fəaliyyətini yaxından izlədiyini deyən Türkiyə prezidenti qadınlarla bağlı deyib: "Qadın insanlığın yarısı deməkdir. Hətta qadın məhz insanın özü deməkdir. Qadın yoxdursa, insan da yoxdur. Biz KADEM-i bütün insanlığın hüquqlarını müdafiə edən bir qurum kimi qəbul edirik. Qadının yaranma səbəbindən, ictimai və bioloji reallığından təcrid edən baxışlar əslində onun haqqını müdafiə etmir. Qızılı hər hansı bir filiz halına salanda, qızılla dəmiri bərabərləşdirəndə ədaləti təmin etmiş olmazsınız".

"İnsanlığın yarısını təşkil edən qadın, analığı ilə, evinin və uşağının üzərindəki təsiri ilə, zərifliyi, gözəlliyi, instinktləri ilə, malik olduğu fərqlilikləri ilə qadındır. Bu reallığı bir tərəfə qoyub kişi ilə qadını bir-birinə rəqib kimi görən anlayışı rədd edirik", — Prezident deyib.

Ərdoğan qadının işə görə ana olmaqdan imtina etməsinə sərt reaksiya verib: "Evinin xanımı, uşaqlarının anası kimi onsuz da çox vacib xidmət göstərən qadınlar, iş həyatında da artan bir faizlə təmsil olunmağa başlayıblar. Qadının iş həyatındakı rolu onun analığını qətiyyən ikinci plana atmamalıdır. "İşləyirəm" deyib analıqdan imtina edən bir qadın, əslində qadınlığını inkar edir. Ana olmağı rədd edən, evinə bağlanmaqdan vaz keçən bir qadın, iş dünyasında nə qədər uğur əldə edirsə etsin, orijinallığını itirməklə üz-üzədir, yarımçıqdır, anormaldır".

"Analığı rədd etmək insanın öz yarısından vaz keçməsidir, insanlıqdan imtina etməsidir. Ana olmazsa, insanlıq olarmı?! Ana varsa, insanlıq da var. Mən bunun üçün ən azı 3 uşaq tövsiyə edirəm. Artmaq, törəmək həyatın hər sahəsində mövcud olmaq deməkdir, qətiyyən analığa maneə deyil", — Türkiyə lideri qeyd edib.

Ərdoğan işləyən qadınları ana olmağa təşviq etmək üçün çox vacib işlər gördüklərini də deyib: "Texnoloji imkanlar, qadınların bir çox işi evindən, uşaqlarının yanından görə bilməsinə fürsət verir. İş həyatının analığın alternativi olmasını qətiyyən qəbul etmirəm".

Xəbər lenti
0