Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Shamkir Chess 2016 turniri başa çatdı

© SputnikŞəhriyar Məmmədyarova Shamkir Chess 2016 turninin qalibi üçün hazırlanan kubok təqdim edilib
Şəhriyar Məmmədyarova Shamkir Chess 2016 turninin qalibi üçün hazırlanan kubok təqdim edilib - Sputnik Azərbaycan
Abunə olmaq
Vüqar Həşimovun qardaşı Sərxan Həşimov ardıcıl üçüncü il baş tutan yarışın təşkilatçılarına təşəkkürünü çatdırıb və onlara xatirə hədiyyələrini təqdim edib

BAKI, 6 iyun — Sputnik. Vüqar Həşimovun xatirəsinə həsr olunan Shamkir Chess 2016 super turnirinin təntənəli bağlanış mərasimi keçirilib. Şahmat federasiyasının mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, tədbirdə çıxış edən Vüqar Həşimovun qardaşı Sərxan Həşimov ardıcıl üçüncü il baş tutan yarışın təşkilatçılarına təşəkkür edib.

Shamkir Chess 2016 turnirinin iştirakçıları istirahət günündə futbol oynamaq bacarığını nümayiş etdiriblər - Sputnik Azərbaycan
İDMAN
Şahmatçılar bu dəfə meydançada yarışdılar

Sərxan Həşimov turnirdə ədalətli oyun prinsipinə sadiq qaldığı üçün qadınlar arasında dünya çempionu Hou Yifan, Vüqar Həşimovun oyun üslübuna yaxın partiya sərgilədiyi üçün Şəhriyar Məmmədyarova, yüksək təşkilatçılığa görə Synergy Group Müşahidə Şurasının müavini Fərid Hüseynova xatirə hədiyyələrini təqdim edib.

Rəsmi çıxışlardan sonra turnirin direktoru Fərid Hüseynov Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarova Shamkir Chess 2016 turninin qalibi üçün hazırlanan kuboku təqdim edib.

Xəbər lenti
0