Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Bu gəncləri tənqid etmək əvəzinə, ibrət götürməli

© Sputnik / Murad OrujovGənc fanatlar
Gənc fanatlar - Sputnik Azərbaycan
Abunə olmaq
Adətən böyüklər gənclərin mədəni istirahətindən gileylənirlər. İndiyədək bu yanaşmaya etirazım olmurdu. Lakin iki gün ərzində müşahidə etdiyim mənzərə fikrimi çox sürətlə dəyişməyimə səbəb oldu.

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 6 iyun — Sputnik. Yay fəsli gələr-gəlməz bir çox müğənnilər pərəstişkarlarını başına toplayıb solo konsertlər verməyə başlayıblar. Mövsümün ilk konsert verən müğənnilərindən biri də Tünzalə Ağayeva oldu. Əməkdar artist "İmza" adlı konserti ilə onu sevənlərin görüşünə gəldi. 

Konsert, deyildiyindən 30 dəqiqə gec başladı. "Yaşıl teatr"ın səhnəsinə çıxan müğənni, sənətə gəldiyi vaxtdan bu günə kimi səsləndirdiyi ən sevilən musiqiləri ifa etməyə başladı. Eyni zamanda, pərəstişkarlarını da onunla bir mahnı ifa etməyə çağırdı.

Aktrisa Mariya Draqus və kinorejssor Kristian Mindjiu - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Kann festivalının jüriləri kinosevərləri məyus etdilər

Konsertin başlanğıcında, sanki "donan" tamaşaçılar nəinki müğənniyə qoşulub oxumağa, hətta əl çalmağa belə, utanırdılar. Sadəcə gözlərini səhnəyə zilləyərək, müğənninin hərəkətlərinə tamaşa edirdilər. Bəzənib, hündürdaban ayaqqabılarını geyinərək bəylərinin qoluna girən xanımlar elə əda ilə oturmuşdular ki, sanki mədəni istirahətə yox, hansısa rəsmi iclasa toplaşmışdılar.

İnsafən, Tünzalə Ağayeva əlindən gələni edirdi ki, konsert yüksək səviyyədə keçsin, ən azı dünya ulduzlarının konsertində yaşanan ab-havanı yerli izləyicilərə yaşatsın. Əməkdar artist tez-tez, müəyyən jestlərlə tamaşaçıları rahat görmək istədiyini hiss etdirirdi.

Tamaşaçılar müğənniyə qarşı laqeyd olsalar da, başqa işlərdə çox fərasətli idilər. Arxa skamyalarda tum çırtlayan kim, telefonla qışqıra-qışqıra danışan kim, hələ ətrafındakıları siqaret tüstüsünə "qonaq edən" kim…

Adətən böyüklər gənclərin mədəni istirahətindən gileylənirlər. Yuxarıda qeyd etdiyim konsertə qədər böyüklərin bu yanaşmasını etirazım olmurdu. Lakin həmin konsertdə müşahidə etdiyim mənzərə fikrimi çox sürətlə dəyişməyimə səbəb oldu.

Və sözügedən konsertin səhərisi gün keçirilən, gənclər üçün təşkil olunmuş "Sevgi Festivalı"nda üzləşdiyim mənzərə böyüklərin gənclərə qarşı iradlarının ədalətsiz olduğuna bir daha əmin oldun.

Festival da, öncəki konsert kimi, deyildiyi vaxtdan gec başladı. Amma burada vəziyyət fərqli idi. Gənclərin əksəriyyəti sevgililəri ilə məkana təşrif buyururdular. Festivalda qurulan dekorasiyalar göz oxşayırdı, bəzi gənclər öz hazırladıqları əşyaları satır, bəzi gənclər gitara çalıb şənlənirdilər.

Nə yalan deyim, mən qışqıran, hay-küy salan gənclərin diskotekada tullanıb düşməsini gözlədiyim halda, bu qədər mədəni gənclərlə rastlaşdığım üçün sevindim. Düşünürəm, belə festivallar daha çox olacaq və belə gənclərin sayı durmadan artacaq. Axı biz Avropaya inteqrasiya etmək istəyirik…

Xəbər lenti
0