Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Kann festivalının jüriləri kinosevərləri məyus etdilər

© REUTERS / Jean-Paul PelissierAktrisa Mariya Draqus və kinorejssor Kristian Mindjiu
Aktrisa Mariya Draqus və kinorejssor Kristian Mindjiu - Sputnik Azərbaycan
Abunə olmaq
69-cu Kann kino festivalında jüri növbəti dəfə onların istəklərinə zidd hədiyyələr paylamaqla kinosevərləri aldadıb

BAKI, 23 may — Sputnik. 69-cu Kann kino festivalında jüri növbəti dəfə onların istəklərinə zidd hədiyyələr paylamaqla kinosevərləri aldadıb. «Qızıl palma budağı»nı britaniyalı Ken Louç, digər prizləri isə Ksavye Dolan, Kristian Munciu və Olivye Assayas əldə edib. Cim Carmuş növbəti dəfə festivaldan əliboş qayıdıb.

Mayın 22-də "Dəlisov Maks"ın rejissoru Corc Millerin sədrliyi ilə keçirilən 69-cu Beynəlxalq Kann festivalında prizlər paylanıb. Cəmi bir neçə dəqiqədən sonra tənqidçilər, tamaşaçılar və pərəstişkarlardan kimi kədərlənib, kimi isə qəzəblənib.

Kino - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycan filmləri Kann Festivalında

Məsələ ondadır ki, bu ilin Kann proqramı elan ediləndə, kinomanların sevincinin həddi hüdudi yox idi: Carmuş, Refn, Assayas, Verxoven… Bu səhnə nəticə etibarilə bu müsabiqənin illər ərzində keçirilən müsabiqələr içərisində ən güclülərdən biri olacağını deməyə əsas verirdi. Tənqidçilərdən heç biri məyus olmamışdı və hər bir kadrdan sonra ixtisaslaşmış media öz heyranlığını ifadə edirdi. Burada Andrea Arnoldun "Amerikalı gözəlçə" və Şon Pennin "Sonuncu üz" filmləri istisna idi. Onlar yalnız Ancelina Colinin kino təcrübəsi ilə müqayisədə fərqlənirdilər.

Amma Kann jüriləri son illərdə professional kino ictimaiyyətinin gözlədiyi seçimi etmədi. Festivala kimin rəhbərlik etməsindən asılı olmayaraq, seçim qəribə, yaxud da belə demək olarsa, təhqiredici idi. Bu, ötən il əsas mükafatların fransalı kinematoqrafçılara paylanması kimi bir şey idi. Cari ilki müsabiqə də təqribən eyni prinsiplərə söykənirdi. Sanki kimlərinsə hissləri ilə oynamaq istəyirdilər və Miller buna nail oldu.

© REUTERS / Jean-Paul PelissierActor Mel Gibson and partner Rosalind Ross pose on the red carpet as they arrive at the closing ceremony of the 69th Cannes Film Festival in Cannes, France, May 22, 2016. REUTERS/Jean-Paul Pelissier
Rosalind Ross və Mel Gibson - Sputnik Azərbaycan
1/5
Actor Mel Gibson and partner Rosalind Ross pose on the red carpet as they arrive at the closing ceremony of the 69th Cannes Film Festival in Cannes, France, May 22, 2016. REUTERS/Jean-Paul Pelissier
© REUTERS / Jean-Paul PelissierActress Erin Moriarty poses on the red carpet as she arrives at the closing ceremony of the 69th Cannes Film Festival in Cannes, France, May 22, 2016. REUTERS/Jean-Paul Pelissier
Aktrisa Erin Moriarti - Sputnik Azərbaycan
2/5
Actress Erin Moriarty poses on the red carpet as she arrives at the closing ceremony of the 69th Cannes Film Festival in Cannes, France, May 22, 2016. REUTERS/Jean-Paul Pelissier
© REUTERS / Jean-Paul PelissierDirector Ken Loach poses on the red carpet as he arrives at the closing ceremony of the 69th Cannes Film Festival in Cannes, France, May 22, 2016. REUTERS/Jean-Paul Pelissier
Böyük britaniyalı kinorejissor Ken Louç - Sputnik Azərbaycan
3/5
Director Ken Loach poses on the red carpet as he arrives at the closing ceremony of the 69th Cannes Film Festival in Cannes, France, May 22, 2016. REUTERS/Jean-Paul Pelissier
© REUTERS / Jean-Paul PelissierDirector Xavier Dolan (R) and producer Nancy Grant pose on the red carpet as they arrive at the closing ceremony of the 69th Cannes Film Festival in Cannes, France, May 22, 2016. REUTERS/Jean-Paul Pelissier
Rejissor Xavyer Dolan və prodüser Nensi Qrant - Sputnik Azərbaycan
4/5
Director Xavier Dolan (R) and producer Nancy Grant pose on the red carpet as they arrive at the closing ceremony of the 69th Cannes Film Festival in Cannes, France, May 22, 2016. REUTERS/Jean-Paul Pelissier
© REUTERS / Yves HermanDirector Houda Benyamina, Camera d'Or award winner for her film "Divines", reacts on stage during the closing ceremony of the 69th Cannes Film Festival in Cannes, France, May 22, 2016. REUTERS/Yves Herman
Rejissor Huda Benyamina - Sputnik Azərbaycan
5/5
Director Houda Benyamina, Camera d'Or award winner for her film "Divines", reacts on stage during the closing ceremony of the 69th Cannes Film Festival in Cannes, France, May 22, 2016. REUTERS/Yves Herman
1/5
Actor Mel Gibson and partner Rosalind Ross pose on the red carpet as they arrive at the closing ceremony of the 69th Cannes Film Festival in Cannes, France, May 22, 2016. REUTERS/Jean-Paul Pelissier
2/5
Actress Erin Moriarty poses on the red carpet as she arrives at the closing ceremony of the 69th Cannes Film Festival in Cannes, France, May 22, 2016. REUTERS/Jean-Paul Pelissier
3/5
Director Ken Loach poses on the red carpet as he arrives at the closing ceremony of the 69th Cannes Film Festival in Cannes, France, May 22, 2016. REUTERS/Jean-Paul Pelissier
4/5
Director Xavier Dolan (R) and producer Nancy Grant pose on the red carpet as they arrive at the closing ceremony of the 69th Cannes Film Festival in Cannes, France, May 22, 2016. REUTERS/Jean-Paul Pelissier
5/5
Director Houda Benyamina, Camera d'Or award winner for her film "Divines", reacts on stage during the closing ceremony of the 69th Cannes Film Festival in Cannes, France, May 22, 2016. REUTERS/Yves Herman

Nəhayət, 69-cu Kann festivalında "Qızıl palma budağı"nı britaniyalı rejissor-klassik Ken Louç "Mən Deniel Bleykəm" filminə görə qazandı. Bu səliqəli, işsizlik müavinəti almağa cəhd edən zəhmətkeş işçinin hekayəsini anladan tamamilə ənənəvi müəllif işi idi. Bu kadrlar mətbuatda yaxşı qarşılandı, amma qiymətləndirmənin nəticələri rəyləri xeyli dərəcədə onun əleyhinə dəyişdi.

Ola bilsin ki, jüri bu seçimi ilə Louçu iyunun 17-də baş verəcək 80 illik yubileyi münasibətilə təbrik etmək istəyirdi. Kannın ikinci təmtəraqlı mükafatı festivalın çoxdankı sevimlisi Ksavye Dolan və onun ata evinə qayıtmış ölməkdə olan yazıçıya həsr edilmiş "Bu yalnız dünyanın sonudur" filminə verilib. Dolanı "kanadalı vunderkind" adlandıranlar yəqin ki, hazırda onun necə göründüyünə diqqətlə baxırlar. Onun "Mən öz anamı öldürdüm" adlı ilk filmindən artıq 7 il keçir. O zaman Dolanın 27 yaşı var idi. Ötən illər ərzində isə o, vunderkind adını doğrultmayıb. Yeri gəlmişkən, yaş amili qalib kadrların müəllifinə ənənəvi göz yaşlarını səhnəyə tökməyə mane olmayıb.

Ən böyük gözlənilməzlik rejissor işi üzrə nominasiyada baş verib: jüri bu mükafatı iki layiqli şəxs — rumın Kristian Munciu ("Məzun" filmi) və Olivye Assayas ("Özəl alıcı") arasında bölmək qərarına gəlib. Birinci film səbrsizcəsinə qızını zorlayan əclafı axtaran atanın hekayəsini danışır. İkinci film isə həyatdakı bütün qazancını ambisiyalı qoca qadına paltar almağa və paralel olaraq ölmüş qardaşı ilə əlaqə qurmağa həsr edən medium haqqında trillerdir.

Ən yaxşı ssenari (Əsgər Fərhadi) və ən yaxşı kişi roluna (Seyid Şəhabəddin Hüseyni) görə prizlər İran istehsalı olan "Satıcı" ("Kommivoyajer") filminə gedib. Bu film gənc aktrisanın yad bir adam tərəfindən zorlanmasına və bundan çıxan nəticələrə həsr olunub. Film tənqidə davamlı olsa da, bədbindir və ondan zövq almaq mümkün deyil.

Qeyd edək ki, "Satıcı"dan əvvəl Ə.Fəhadi "Əli", "Ayrılıq" və "Keçmiş" adlı filmlər də çəkib. Onun "Nadirin Simindən Ayrılığı" adlı filmi "Oskar"la yanaşı, 2011-ci ildə "Qızıl Qlobus", Berlin Beynəlxalq Film Festivalında ən yaxşı film nominasiyasında "Qızıl Ayı", ən yaxşı aktyor və ən yaxşı aktrisa nominasiyasında "Gümüş Ayı" mükafatlarını qazanıb. Festivalda zövq verən filmlər isə indiyə qədər qızıl palma budağına malik olmayan Cim Carmuşun sürücü-şair "Paterson" haqqındakı poetik komediyası, Pola Verxovenin İzabel Yupperi çəkdiyi "O" trilleri və daha bir rumın əsəri olan Kristi Puyunun "Syerranevada"sı idi.

Festivalın yekunları bunu deməyə əsas verir: Kann kinofestivalının prestiji praktiki olaraq sarsılmazdır, amma görünən odur ki, festivalın mükafatını qazanan filmlərin səviyyəsi ildən-ilə düşür. Belə fikir var ki, sözügedən Kann filmlərinin ömrü kinoprokata çatana qədərdir.

Xəbər lenti
0