"Avropa İttifaqı məni dəli edir"

© REUTERS / Stefan WermuthBöyük Britaniyanın baş naziri Devid Kameron
Böyük Britaniyanın baş naziri Devid Kameron - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyənin ancaq 3000-ci ildə Avropa İttifaqına üzv ola biləcəyini təkrarlayan Britaniya Baş naziri, bununla yanaşı, Ankara ilə əməkdaşlıq edilməsini vacib hesab edir

BAKI, 3 iyun — Sputnik. Böyük Britaniyanın baş naziri Devid Kameron Türkiyənin Avropa İttifaqına (Aİ) üzvlüyü məsələsinə yenidən münasibət bildirib. Sputnik milliyet-ə istinadla xəbər verir ki, Kameron Türkiyənin Aİ-yə üzvlüyünün yaxın zamanda baş tutacağını istisna edib.

Türkiyə prezidentinin köməkçisi Yiğit Bulut - Sputnik Azərbaycan
Rəsmi Ankara Avropa İttifaqını hədələdi

"1987-ci ildə müraciət etdilər, 3000-ci ildə qatıla bilərlər. Türkiyə yaxın zamanda Aİ-yə üzv olmayacaq. Bütün parlamentarilərin bu mövzu ilə bağlı veto haqqı var", — Baş nazir deyib.

Kameron "Türkiyə ilə əməkdaşlıq etməliyikmi?" sualını da müzakirəyə çıxarıb: "Qonşu bir ölkə, Avropanın sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün əlimizdən gələni etməliyik, sığınacaq axtaran şəxslər problemini həll etməliyik, bunun üçün də, bəli, Türkiyə ilə əməkdaşlıq etməliyik. Amma bu, Türkiyənin yaxın bir zamanda Aİ üzvü olması ilə eyni şey deyil".

Aİ-nin mövcud vəziyyətini də qiymətləndirən Britaniya hökumətinin başçısı İttifaqın "mükəmməl" olmadığını da qeyd edib: "Bu təşkilat məni bəzən dəli edir".

Xəbər lenti
0