CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Roman kimi həyat, yaxud bir təbəssümün arxasındakı sirr

© Sputnik / Irade CELILMina Abukərova
Mina Abukərova - Sputnik Azərbaycan
Abunə olmaq
Hansı insan çox gülürsə, o, tənhadır. Hansı insan çox gülürsə, dərdini danışmağa kimsəsi yoxdur və dərdli olduğunu da heç kimə bildirmək istəmir.

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 3 iyun — Sputnik. Bu yaxınlarda "Qocalar evi"nə getmişdim. Dedim, həm onların dərdinə şərik olum, həm də onların həyatını öyrənim. Kim niyə atılıb bura, niyə tərk edilib… Tənhalığının səbəbi özüdürmü, övladıdırmı?

Çox vaxt deyirlər ki, hər şey valideyndən asılıdır. Amma "Qocalar evi"ndə olan zaman başa düşürsən ki, tərk edilmək qismətdir, taledir. Yəni Allah alnına tərk edilməyi yazıbsa, deməli nə edirsən et, atılacaqsan. Bunu isə cavan olanda başa düşə bilmirsən.

Rəfiqə Əlizadə - Sputnik Azərbaycan
CƏMİYYƏT
Ərini başqası ilə evləndirən qadın: onun yaşadıqlarını kimsə yaşaya bilməzdi

Orada qocalarla söhbət etdiyim zaman bir qadın yaxnlaşmışdı mənə. Qucaqlayıb "mənə vurulduğunu" bildirdi. "Nə yaxşı gəldin. Səni çox bəyəndim. Gözəlsən, həm də ürəyin gözəldir, səninlə söhbət emək adama xoş gəlir. Məndən də yaz" dedi. Mən də onunla söhbət edib, həyatını qələmə aldım.

Mina Abukərovanın 72 yaşı var. Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsini bitirib. Dediyinə görə, 47 il mədəniyyət sahəsində çalışıb. Mina xanım uzun illər Şəkidə yaşayıb, zəlzələ sonrası evi dağılan Mina xanım "Qocalar evi"nə üz tutub.

"İkinci evlilik? Allah göstərməsin!"

"Mən əmək veteranıyam. Şərəfli bir həyat yolu keçmişəm. Bəlkə desəm, pis çıxar, amma burada atamın, babamın görmədiyi otaq veriblər mənə. Hamamı hər bir şəraiti var", — deyir.

28 il ailəli olub. Həyat yoldaşı dünyasını dəyişəndən sonra Mina xala oğlu ilə rayonda yaşayırmış. Sonra evi dağılır. Oğlu ailəsi ilə kirayə çıxır. Amma Mina xala oğluna artıq yük olmaq istəmir. Düşünür ki, gənc ailədir, həm də kirayədə yaşayırlar. Qoy istədikləri kimi yaşasınlar.

© Sputnik / Irade CELILMina xanım "Qocalar evi"ndə xoşbəxtdir, buradakı həyatdan çox razı qaldığını deyir
Mina xanım Qocalar evində xoşbəxtdir, buradakı həyatdan çox razı qaldığını deyir - Sputnik Azərbaycan
Mina xanım "Qocalar evi"ndə xoşbəxtdir, buradakı həyatdan çox razı qaldığını deyir

Oğlu ilə münasibəti yaxşıdır. Ara-sıra görüşürlər. Onu çox istədiyini də deyir. Deyir ki, iki nəvəsi var, onları oğlundan da çox istəyir.

Mina xanım özünə yaxşı baxıb, heç 72 yaş verməzsən. Zarafatca deyirəm: "Ay Mina xala, niyə ailə qurmursan?". Cavab verir ki, "Mən a? Allah göstərməsin. İraq olsun. Bu, tərbiyəsizlikdir. Qadının bir əri olar. O da oldu və öldü. Bitdi, qutardı".

"Mənim ən çox nifrət etdiyim şeydir bu. "Qocalar evi"ndə ailə qurmağa heç yaxşı baxmıram. Yoldaşım rəhmətə gedəndə 45 yaşım var idi. Anam, qardaşlarım hamısı dedi ki, bir oğlun var, evlənəcək, tək qalacaqsan. Sən də ailə həyatı qur, bəlkə yenə övladın olar. Dedim, nə danışırsınız. Yox, yox, yox! Allah göstərməsin!", — deyir.

"Ata… qoşulub qaçacağam"

Mina xanım həyat yoldaşı ilə sevərək ailə həyatı qurub. Danışır ki, o, tələbə olduğu dövrlərdə həyat yoldaşı univeristetə "stajirovka"ya gəlirmiş. Və Minanı görüb, bəyənib.

Qadın nişanlı olanda belə, onunla görüşmədiyini deyir: "Məni nənələrimiz xalamoğluna ad eləmişdi uşaqlıqdan. Göbəkkəsmə deyirdilər o vaxtlar. Mən də xalamoğlunu sevmirdim, onu həyat yoldaşı kimi görə bilmirdim. Mən Pərvanə adlı bir qızla kirayə qalırdım. Qız Qax rayonundan idi. Bu oğlan da — Vaqif də qaxlı idi".

"Bir gün qız mənə dedi ki, Vaqif səni sevir. Dedim, Allah sənə şükür. Pərvanə dedi, nə olub? Dedim, heç nə xalam oğlundan canım qurtardı, de ki, elçisini göndərsin. Düşünün, oğlanla bir kəlmə kəsməmiş, dedim, elçisini göndərsin", — danışır qadın.

Nəriman Həsənzadə, xalq şairi - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Yeganə qəbul etmədiyim qanun qadının ölməsidir"

Vaqif Mina üçün 3 dəfə elçi göndərsə də, Minanın atası ona Vaqifə vermir. Deyir ki, qızı xalası oğluna ad edilib. Daha sonra Mina atasına məktub yazır: "Ata, bilirsən, səni anamdan da çox istəyirəm. Məni Vaqifə versən, qoşulub qaçacağam. Biabır olacaqsan".

Mina xala danışdıqca, atasını yadına salır, gözləri dolur: "Ay ata, qəbrinə qurban olum" deyib ağlayır.

İki övladını qəzada itirir

Həmin məktubu alan atası qızının kirayə qaldığı evə zəng edir, amma Mina qorxusundan telefona getmir. Atası Pərvanəyə deyir ki, "Vaqif yenidən elçisini göndərsin, Mina da onu sevirsə, arada problem ola bilməz".

© Sputnik / Irade CELILMina xanım özünə yaşı baxıb, heç 72 yaş verməzsən
Mina xanım özünə yaşı baxıb, heç 72 yaş verməzsən - Sputnik Azərbaycan
Mina xanım özünə yaşı baxıb, heç 72 yaş verməzsən

Elə həmin il — 1969-cu ildə Vaqiflə Mina ailə həyatı qurur. Onların 3 övladı düyaya gəlir: "İlisu kəndində taxta körpülər olur. Biz evi təmir edirdik. Qaynımın qızına da nişan gəlirdi. Qaynım bizi aparmağa gəlmişdi. Dedik ki, evdə usta var, təmir gedir. Toyda gələrik, inşəallah. Dedi ki, "yox, heç olmasa uşaqları aparım". Apardı… oğlumun birini və qızımı. Və həmin gün qaynım da, uşaqlarım da avtomobil qəzasına düşərək, dünyasını dəyişdi".

Sonra Mina xanımın daha övladı olmur. Özünü bir oğlunu böyütməyə həsr edir. İllərin necə keçdiyini hiss etməyən Mina xanım, bir də görür ki, 72 yaşı var və uzun illəri arxada buraxıb.

"Qocalar evi"ndə çox xoşbəxt olduğunu bildirir. Çünki direktor onlara yaxşı baxır: "Yayda bizə bağından meyvə gətirir, böyüyü, anası kimi baxır bizə. Mən ondan da, buradakı həyatdan da çox razıyam".

Mina xala danışdıqca elə hey gülür. Hətta acısını danışanda belə, gülümsünür.

Hansı insan çox gülürsə, deməli qəlbi darmadağındır

Dayanıb uzaqdan mənə baxır, sonra gəlib qucaqlayıb öpür və "Allah səni xoşbəxt eləsin. Al nömrəmi, hərdən zəng elə. Darıxanda, danışmaq istəyəndə zəng elə" deyir.

Yadıma psixoloqların bir fikri düşdü. Deyirlər ki, hansı insan çox gülürsə, deməli qəlbi içəridən darmadağındır. Hansı insan çox gülürsə, o, tənhadır. Hansı insan çox gülürsə, dərdini danışmağa kimsəsi yoxdur və dərdli olduğunu da heç kimə bildirmək istəmir.

Mina xala etiraf etməsə də, dərd dağarcığı olduğu üzünə baxanda hiss olunur. Gözlərindəki gülüşün altında gizlənən kədəri hiss etməmək mümkün deyil.

"Qocalar evi"ndə 350-dən çox qoca var. Hərəsinin öz taleyi, öz həyatı. Bir-birindən maraqlı, keşməkeşli ömür yolları var. Mən də onlardan bir qismi ilə sizi tanış etməyə çalışdım.

Başqalarının keçdiyi ömür yolu hər zaman maraqlı olur. Bizi izləyin ki, siz də bu insanların həyatına bələd olasınız.

Xəbər lenti
0