Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Əfsanəvi Tarzan

© melodramaonline.comConni Vaysmüller
Conni Vaysmüller - Sputnik Azərbaycan
Abunə olmaq
Conni Veysmüller 1904-cü il iyunun 2-də hazırkı Rumıniyanın Timişoara şəhərində anadan olub.

BAKI, 2 iyun — Sputnik. Əfsanəvi Tarzan rolunun ifaçısı Conni Veysmüller 1904-cü il iyunun 2-də hazırkı Rumıniyanın Timişoara şəhərində anadan olub.

Alman ailəsində doğulan bu şəxsin əsl adı Peter Yohann Vaysmüllerdir. Veymüller peşəkar idmançı olub və üzgüçülük üzrə beşqat Olimpiya çempionudur. Üzgüçülük üzrə 100 metrlik məsafəni ilk dəfə 1 dəqiqədən tez qət edən şəxs də məhz odur.

Veysmüller aktyor kimi bir neçə rolda çəkilsə də, ona əsl şöhrəti cəngəllikdə yaşayan insan — Tarzan obrazı gətirib. Aktyor 1932-ci ildə Metro-Goldwyn-Mayer şirkəti ilə bu rolda çəkilmək üçün müqavilə bağlayıb. Veysmüllerin oyunu hətta Tarzan barədə əsərin müəllifi Edqar Berrouzun da xoşuna gəlib.

Conni Veysmüller özünü biznesdə də sınayıb, lakin uğur qazanmayıb. O, 1984-cü il yanvarın 20-də vəfat edib və vəsiyyətinə əsasən Meksikanın Akapulko şəhərində dəfn edilib. 


Xəbər lenti
0