BAKI, 31 may — Sputnik. Vüqar Həşimovun xatirəsinə həsr olunan Şəmkir Chess 2016 turnirinin iştirakçıları Şəmkirdə yerləşən Zəka Gənclər Mərkəzində yeniyetmə şahmatçılar üçün seans keçirib.
ahmat federasiyasının mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, yeniyetmə şahmatçılarla görüşdə həmyerlimiz Şəhriyar Məmmədyarov, çinli dünya çempionu Hou Yifan, Rusiya təmsilçisi Sergey Karyakin, Hollandiyanın adından çıxış edən Aniş Giri və italiyalı Fabiano Karuana iştirak edib.
Maraqlıdır ki, yeniyetmələrlə görüşlərin hamısında qrossmeysterlər qələbə qazanıb. Yalnız Azərbaycan yığmasının lideri Şəhriyar Məmmədyarov 11 yaşlı Əli Əmrahlıya heç-heçə təklif edərək yeniyetmənin sevinməsinə şərait yaradıb.