BAKI, 31 may — Sputnik. Bakı Formula 1 Avropa Qran Prisi günlərində "Bakı Metropoliteni" gücləndirilmiş rejimdə işləyəcək. Bu barədə Sputnik-ə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.
Onun sözlərinə görə, yarış günləri metro səhər saat 06:00-dan gecə 02:00-dək işləyəcək: "Həmin günlər "28 May", "Sahil" və "İçərişəhər" metro stansiyalarında yarış ərazisinə yaxın olduğuna görə, gücləndirilmiş iş rejimi tətbiq olunacaq. Bu stansiyalarda girişə saat 02.00-dək icazə veriləcək. Digərlərində isə 00.00-dək girişə, 02.00-dək çıxışa icazə veriləcək".
Xatırladaq ki, iyunun 17-19-da Bakı şəhərinin mərkəzi küçələrində baş tutacaq "Formula 1" Avropa Qran Prisi keçiriləcək.