Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Bu da axırı...

© Photo : IA REPORT.AZ"Xəzər Lənkəran" Futbol klubu.Arxiv şəkli
Xəzər Lənkəran Futbol klubu.Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Xəzər Lənkəran" Futbol klubu Azərbaycan çempionatlarında iştirakını dayandırıb.

BAKI, 27 may — Sputnik. "Xəzər Lənkəran" Futbol klubunun bəyanatla çıxış edib.

Bəyanatda deyilir: "“Xəzər Lənkəran” Futbol Klubu ictimaiyyətin diqqətinə çatdırır ki, fəxri prezident cənab Mübariz Mənsimovun başçılığı ilə klub rəhbərliyinin iclası keçirilib. İclasda klubun fəaliyyətinin bütün istiqamətləri müzakirə olunub, hər bir fəaliyyət istiqaməti hazırda mövcüd olan reallıqlara uyğun olaraq qiymətləndirilib.

İclasın yekununda qərara alınmışdır ki, “Xəzər Lənkəran” Futbol Klubu əsas komanda olaraq Azərbaycan çempionatlarında iştirakını dayandırsın. Bununla belə, klub Azərbaycan futbol ailəsinin üzvü olaraq qalacaq və aşağı yaş qrupları üzrə fəaliyyətini davam etdirəcək. Növbəti mövsüm üçün “Xəzər Lənkəran” FK AFFA bayrağı altında keçirilən müəyyən aşağı yaş liqalarında iştiraka dair assosiasiyaya müraciət edəcək. Aşağı yaş qruplarının strukturunun və heyətinin yenidən təşkili, yeni mövsümdə yarışlarda iştirak edəcək komandaların formalaşdırılması və digər təşkilati məsələlər klubun administrasiyasına tapşırılıb.

Əvvəlki illərdə olduğu kimi, klubumuz Azərbaycanın cənub bölgəsində futbolun yaşaması, həmçinin bu bölgədə futbolçuların yetişdirilməsi istiqamətində mövcud olan bütün imkanlarından istifadə edəcək. “Xəzər Lənkəran” FK öz adını və brendini qorumaq niyyətindədir və bu işdə çoxsaylı azarkeşlərinin dəstəyinə arxalanır".

Xəbər lenti
0