CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dövlət Agentliyində Respublika günü qeyd olundu

© Photo : ABOEMDAAlternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyində 28 May Respublika gününə həsr olunan tədbir keçirilib
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyində 28 May Respublika gününə həsr olunan tədbir keçirilib - Sputnik Azərbaycan
Abunə olmaq
"Respublika günü" münasibətilə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin bir neçə əməkdaşı "fəxri fərman" la təltif olunub

BAKI, 26 may — Sputnik. Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyində (ABOEMDA) bu gün 28 May Respublika gününə həsr olunan tədbir keçirilib. Sputnik xəbər verir ki, tədbirdə Dövlət Agentliyinin sədri, rəhbər işçiləri və media nümayəndələri iştirak ediblər.

Qərənfil Dünyaminqızı - Sputnik Azərbaycan
Xalqın azadlıq arzusundan yaranan Cümhuriyyət

Mərasimi giriş sözü ilə Dövlət agentliyinin Sədri Akim Bədəlov açıb. O, tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını milli dövlətçiliyimizin parlaq səhifələrindən olduğunu, bu tarixi günün böyük hörmət və ehtiramla qeyd edildiyini və Ulu öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında bu gün Azərbaycanda həyatın bütün sahələrində gerçəkləşdirilən möhtəşəm islahatların bəhrələrindən danışıb.

Sonra digər çıxışlar və bayram təbrikləri dinlənilib. Sonda "Respublika günü" münasibətilə dövlət agentliyinin bir neçə əməkdaşı "fəxri fərman" la təltif olunublar.

Xəbər lenti
0