SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Avstraliya Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətindədir

Abunə olmaq
Sahibkarların Avstraliya və Azərbaycanda biznesə cəlb olunması istiqamətində əməkdaşlıq müzakirə edilib

BAKI, 25 may — Sputnik. Milli Məclisin Azərbaycan-Avstraliya parlamentlərarası dostluq qrupunun Avstraliyada səfərdə olan nümayəndə heyətinin üzvləri — dostluq qrupunun sədri Xanlar Fətiyev və Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin üzvü, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Sterlinq şəhərinin meri Covanni İtaliano ilə görüşüblər.

Milli Məclis - Sputnik Azərbaycan
Parlamentin plenar iclası keçirilir

Sputnik-in məlumatına görə, görüş zamanı iqtisadiyyat, qarşılıqlı investisiyalar, sahibkarların Avstraliya və Azərbaycanda biznesə cəlb olunması istiqamətində əməkdaşlıq müzakirə edilib. Qeyd olunub ki, hazırda Azərbaycanda iqtisadiyyatın qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə əlaqədar olaraq Avstraliya ilə təcrübə və texnologiya mübadiləsi hər iki ölkə üçün faydalı olardı. Görüşdə həmçinin humanitar, mədəniyyət, turizm, təhsil və digər sahələrdə əməkdaşlıq məsələləri də müzakirə olunub.

Azərbaycanın nümayəndə heyəti parlamentin Qərbi Avstraliyadan olan deputatı Con Makqratla da görüşüb. Görüşdə Makqrata Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğal siyasəti, bir milyondan artıq azərbaycanlının məcburi köçkün düşməsi və Xocalı soyqırımı haqqında ətraflı məlumat verilib. Azərbaycanla Avstraliya arasında əməkdaşlıq məsələləri müzakirə edilib.

Xəbər lenti
0