CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Parlamentin plenar iclası keçirilir

© Sputnik / Murad OrujovMilli Məclis
Milli Məclis - Sputnik Azərbaycan
Abunə olmaq
İclasın gündəliyinə 27 məsələ daxildir. İlk olaraq Milli Məclisin komitələrinin tərkibində dəyişikliklərə baxılacaq.

BAKI, 17 may — Sputnik. Milli Məclisin növbəti plenar iclası başlayıb. Sputnik xəbər verir ki, iclasın gündəliyinə 27 məsələ daxildir. İlk olaraq Milli Məclisin komitələrinin tərkibində dəyişikliklərə baxılacaq.

"Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında onların diplomatik və xüsusi pasportlara malik müvafiq vətəndaşları üçün viza tələbinin ləğv edilməsi haqqında Sazişə dəyişikliklər edilməsi barədə" Protokolun, "Azərbaycan Respublikasına Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı statusunun verilməsi haqqında" Memorandumun, "Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında hava nəqliyyatı haqqında" Sazişin təsdiq edilməsi barədə qanun layihələrinə baxılacaq.

Azərbaycan Respublikası Milli Məclisinin binası - Sputnik Azərbaycan
SİYASƏT
Milli Məclisin növbəti plenar iclası keçirilir

Cəzaların İcrası, İnzibati Xətalar, Vergi, Əmək, Miqrasiya, Cinayət və Meşə məcəllələrində, "Sanitariya-epidemioloji salamatlıq haqqında", "Prokurorluq orqanlarında qulluq keçmə haqqında", "Ədliyyə orqanlarında qulluq keçmə haqqında", "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında", "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında", "Hesablama Palatası haqqında" qanunlarda dəyişikliklər müzakirə ediləcək.

İclasda "Daşınmaz əmlakın dövlət reyestri haqqında", "İcra məmurları haqqında", "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında", "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında", "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında", "Dövlət rüsumu haqqında" qanunlarda dəyişikliklərə baxılacaq.

Həmçinin, Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli 478-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə"də, Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə, Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları"nda dəyişikliklər edilməsi haqqında qanun layihələri müzakirə olunacaq.
Plenar iclasda ikinci oxunuşda "Elm haqqında" qanun layihəsi müzakirə ediləcək.

Xəbər lenti
0