BAKI, 13 may — Sputnik. Balakən rayonunun Tülü kənd sakini, 23 yaşlı Tural Atayevə kəndin ərazisində sahibsiz it hücum edib. Sputnik-in bölgə müxbiri xəbər verir ki, sol ayağından xəsarət alan şəxs Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərildikdən sonra, quduzluq əleyhinə peyvənd vurularaq evə buraxılıb.
Qeyd edək ki, sözügedən bölgədə anoloji hadisə tez-tez təkrarlanır.