Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

İŞİD-i cəlbedici edən nədir?

© vz.ruİŞİD
İŞİD - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanda gah Qərb, gah da Şərq küləkləri əsir. "Nə baş verir və proseslərin sonu necə olacaq?" sualına konkret cavab tapılmır. Belə kurs isə, qaçılmaz böhranlara yol açır.

BAKI, 13 apr — Sputnik. Azərbaycan siyasi müstəvisi daxili intriqalarla zəngin və fırtınaya düşmüş bir gəmini xatırladır. Cəmiyyət hakimiyyət və yaxud müxalifətin ölkə üçün nələr edəcəyini, onların təşəbbüslərinin nə məqsədə xidmət edəcəyini anlamaq istəyir. Ritorikadan başqa anlaşılan bir nəsnə gözə dəymir.

mitinq - Sputnik Azərbaycan
TƏHLİL
Azərbaycanda solçu ideyalar inkişaf edə bilərmi?

Bu paradiqmalar uyğunsuzluq, natamamlıqla müşaiyyət olunur. Əslində, siyasi partiyalarda idarəçilik avtoritardır. Hakimiyyət dəhlizlərində də ziddiyyətlərlə dolu, eyni zamanda yenilikçi kimi təqdim olunan kurs mövcuddur. Belə bir siyasi kurs ilə isə siyasi islahatlara nail olmaq mümkün deyil.

Bir tərəfdən cəmiyyətin müsbət gözləntiləri və siyasi rəhbərliyin liberal niyyətləri, digər tərəfdən isə anti-Qərb çağırışları iqtidarın nə etmək istədiyini müəmmalarla doldurur. İlk baxışdan mövcud hakimiyyət iqtisadi islahatlar və demokratik transformasiya tərafdarı kimi görünsə də, onun addımlarının gözlənilən nəticələr verməməsi paradoksal siyasi kursun təzahürü kimi qiymətləndirilir.

Lakin cəmiyyət bu qeyri-ardıcıl siyasi kursun fəlsəfəsini anlamaq istəyir. Bu isə yeni, islahatlara meylli komanda ilə həyata keçirilə bilər. Ehtimal etmək olar ki, Prezident kadr dəyişiklikləri də həyata keçirməyə üstünlük verəcək. Ancaq bütün bunlar yetərlidirmi? Ölkədə vətəndaş cəmiyyəti və müxalifətlə münasibətlərdə də bir gərginlik yaşanır. Cəmiyyət çoxsaylı suallara cavab axtarır. Cavab isə tapılmır.

Eyni vəziyyət müxalifət düşərgəsində də yaşanır. Mövcud paradiqmalarla uğurlara imza atmaq mümkün olmayacaq. Siyasi nümunələr dəyişməlidir. Müxalifət mücərrəd ideyalarla, "Rəsulzadə-Elçibəy yolu", "Biz bu seçkidə də mənəvi qələbə qazandıq", "Növbəti il daha maraqlı olacaq. Yeni dalğa gələcək" — bu kimi şüarlarla prosesi davam etdirə bilməyəcək.

Odur ki, yeni düşüncə tərzi, yeni nümunələr, yeni paradiqmalar əsas götürülməlidir. Artıq tükənmiş nümunələrlə uğurlara imza atmaq olmur. Hər şeyin kökündə uğursuzluqlar dayanır. İnsanlar son 20 ilin uğursuzluqlarının əvəzini bir-birlərindən çıxa bilərlər. Təbii ki, burada xarici təsirlər də var. Yəni partiya daxilindəki müxtəlif qruplara kənardan, hansısa maraq qruplarından təsirlər olur. Belə gedişat son nəticədə partiyanın zəifləməsinə gətirib çıxaracaq. Bu isə ölkəyə müsbət perspektiv vəd etmir.

Bir həqiqəti də ununtmaq olmaz. Siyasətdə məğlubları sevmirlər. Bir dəfə məğlubiyyətə uğramış siyasətçinin yenidən revanş götürmək şansı real görünmür. Burada səbəb deyil, nəticə əsas götürülür. "Qalibləri mühakimə etmirlər" deyimi siyasətin əsas təriflərindən biridir. Yeni mübarizə üçün, özü də perspektiv vəd etməyən mübarizə üçün yeni proqram, yeni lider ve yeni siyasi dəngələr əldə etmək lazımdır. Artıq 80-ci illərin şüarları ilə silahlanmaq əlavə dividend gətirmir.

Əlbəttə ki, bütün problemləri yalnız siyasi partiyalara da yükləmək yanlış olardı. Azərbaycandakı seçkilərin taleyi yalnız Bakıda deyil, eyni zamanda dünyanın aparıcı ölkələrinin paytaxtlarında həll edilir. Siyasi partiyalar bu həqiqəti də unutmamalıdır.

Azər Rəşidoğlu, politoloq - Sputnik Azərbaycan
Siyasi mübarizə olmayan ölkədə siyasi dialoq iddiası

Azərbaycan diplomatiyası özündə "açıq qapı" siyasətini ehtiva edir. Rəsmi Bakı nümayiş etdirmək istəyir ki, hazırkı durum Qərbə sərf də edə bilər. Azərbaycan digər Şərq ölkələri qədər despotik bir quruluşa malik deyil, eyni zamanda Avropa ölkələrində mövcud olan demokratiyaya da sahib deyil. Bu ölkədə seçkilər keçirilir, Özbəkistan və Tacikistanla müqayisədə Azərbaycan daha demokratikdir. Burada ayrı-ayrı müxalifətçilər, hüquq müdafiəçiləri və azsaylı demokratik KİV mövcuddur.

Lakin unutmaq olmaz ki, liberal partiyaların sıradan çıxarılması marginal qruplara, xüsusilə də radikal qruplara yol açır. Radikal qruplar isə alternativ paradiqma ilə çıxış edir. İŞİD və digər radikal terror təşkilatlarını cəlbedici edən də elə alternativ nümunələrlə çıxış etməsidir…

Xəbər lenti
0