ABŞ bu ölkəyə silah embarqosunu qaldırdı

© REUTERS / Carlos BarriaABŞ prezidenti Barak Obama Vyetnamın dövlət başçısı Çıonq Tan Şanq ilə birgə mətbuat konfransı zamanı
ABŞ prezidenti Barak Obama Vyetnamın dövlət başçısı Çıonq Tan Şanq ilə birgə mətbuat konfransı zamanı - Sputnik Azərbaycan
Abunə olmaq
Barak Obama Vyetnama üç günlük rəsmi səfərə gedib. Amerika prezidentinin bu səfərinin ikitərəfli əlaqələrin daha da gücləndirilməsinə töhfə verəcəyi qeyd edilib.

BAKI, 23 may — Sputnik. ABŞ prezidenti Barak Obama Vyetnama üç günlük rəsmi səfərə gedib. Burada Vyetnamın dövlət başçısı Tran Dai Quanq ilə görüşən Obama son illərdə əldə etdiyi uğurlarına görə Vyetnamı təbrik edib.

Sputnik milliyet-ə istinadla xəbər verir ki, Obama bu səfərin ikitərəfli əlaqələrin daha da gücləndirilməsinə töhfə verəcəyini qeyd edərək, ABŞ-ın Vyetnam müharibəsindən bəri, bu ölkəyə tətbiq etdiyi silah embarqosunu qaldırmaq qərarı verdiyini söyləyib.

Подписание российско-турецких совместных документов - Sputnik Azərbaycan
Rusiya Türkiyəyə qarşı iqtisadi embarqo qoyarsa...

ABŞ rəhbərliyi 2013-cü ildə Vyetnam ilə Strateji Əməkdaşlıq Sazişi və 2015-ci ildə də ABŞ-Vyetnam Ortaq Görüş Sazişini imzalayıb. 2014-cü ildə də Vyetnama tətbiq olunan silah embarqosu qismən qaldırılmışdı. Cənubi Çin dənizində Çinin iddialarına qarşı çıxan Vyetnam, silah embarqosunun tamamilə qaldırılmasını istəyirdi.

Barak Obama iki ölkə arasındakı əlaqələrin 1995-ci ildə yenidən başlamasından sonra, bu ölkəyə səfər edən üçüncü ABŞ başçısı oldu. Bundan əvvəl Bill Klinton (2000-ci il) və Corc Buş (2006-ci il) paytaxt Hanoya səfər etmişdi.

Qeyd edək ki, 1965-ci ildən 1973-cü ilədək davam edən Vyetnam müharibəsində 58 min amerikalı əsgər həyatını itirmişdi. İki ölkə arasında ticarət həcmi 45 milyard dollar ətrafındadır. Vyetnama səfəri başa çatdıqdan sonra Obama Yaponiyaya gedəcək və burada ikinci Dünya Müharibəsində ABŞ-ın atom bombası atdığı Xirosimanı ziyarət edəcək.

Xəbər lenti
0