Rusiya Türkiyəyə qarşı iqtisadi embarqo qoyarsa...

© Aleksey Nikolskiy / Mediabanka keçidПодписание российско-турецких совместных документов
Подписание российско-турецких совместных документов - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspertlər iqtisadi təyziqlərin mövcud variantlarının müzakirə edirlər

Rusiya Türkiyəyə qarşı iqtisadi embarqo qoyarsa...
Türkiyənin Rusiya qırıcı təyyarəsini vurması iki ölkə arasında iqtisadi əlaqələrə ciddi zərbə vura bilər. Artıq Rusiya Xarici İşlər Nazirliyi vətəndaşlarını Türkiyəyə turist səfərlərindən çəkinməyə çağırıb. Nəzərə alsaq ki, təkcə ötən il Türkiyəyə 3,2 milyondan çox rus turist gəlib, ölkə iqtisadiyyatına dəyəcək ziyanı təsəvvür etmək çətin deyil. Bundan başqa iki ölkənin qarşılıqlı ticarət dövriyyəsi kifayət qədər böyük rəqəmlərlə ifadə olunur. Rəsmi rəqəmlərə nəzər salsaq, bu əlaqələrin pozulmasından hər iki tərəfin itirəcəyi görünür. 

Noyabrın 26-da Rusiyanın baş naziri Dmitri Medvedev hökumətə iqtisadi və humanitar sahələrdə Türkiyəyə qarşı məhdudlaşdırıcı tədbirlər işlənib hazırlanmasını tapşırıb. O bildirib ki, tədbirlərin hansı müddətə tətbiq olunacağı göstərilməyəcək, çünki bu məsələ beynəlxalq situasiya və Türkiyə ilə münasibətlərin gedişindən asılı olacaq. Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ukyukayev isə Türkiyəyə məxsus təyyarə və gəmilərin Rusiya hava məkanı və limanlarına daxil olmasına qadağa qoyula biləcəyini açıqlayıb. 

 Qeyd edək ki, artıq Türkiyədən toyuq əti idxalına qadağa qoyulub. Amma, bunun səbəbi kimi  təyyarə hadisəsi göstərilmir. Rusiya tərəfi Türkiyə istehsalı olan toyuqlarda zərərli maddə tapıldığını bildirb.

İqtisadçı ekspert Samir Əliyev Rusiyanın Türkiyəyə iqtisadi embarqo qoyma ehtimalını belə qiymətləndirir:

“Rusiya-Türkiyə ticarət əlaqələri kifayət qədər yüksək səviyyədədir. Rusiya tekstildən tutmuş ərzaq məhsullarına qədər Türkiyədən ixrac olunur. Təbii ki, belə bir addımın atılması bazara təsir göstərəcək.  Rusiyada rublun ucuzlaşması ilə əlaqədar, qiymət artımı embarqosuz da müşahidə edilirdi. Düşünürəm ki, Türkiyəyə tətbiq olunan embarqo uzun müddətli xarakter daşımaycaq. Çünki bundan hər iki ölkə zərər görəcəkdir. Amma, belə hadisə baş verərsə, bu hər bir halda qiymət artımına təsir göstərəcək”.

Samir Əliyev bildirib ki, Rusiya bazarında əsas pay sahibi olan Türkiyənin bazardan çıxarılması digər ölkələrin Rusiya bazarında olan payını artıracaq:

“Belə bir vəziyyətin yaranması Azərbaycanın məhsullarına təlabatı daha da artıra bilər. Necə ki, ötən il Azərbaycan məhsulların Rusiyaya apardı və bu bazara təsir göstərdi. Bu dəfə də mən bunu istisna eləmirəm. Düzdür Azərbaycan bazarı Rusiya üçün çox kiçikdir. Düşünürəm ki, belə bir halda Azərbaycan məhsullarının Rusiya bazarına çıxarılması asanlaşdırılacaqdır. Əgər əvvəllər hansısa bir formada limitlər var idisə indi artıq onlar da götürüləcəkdir. Azərbaycan fermerləri üçün əlverişli mühit yaranacaq. Fermerlərimizin ixrac etmək üçün nə qədər meyvə-tərəvəz məhsullarının olması isə ayrı bir məsələdir. Hər bir halda Türkiyənin Rusiya bazarından çıxarılmasının Azərbaycan məhsullarının Rusiya bazarına çıxarılmasına necə təsir edəcəyini zaman göstərəcək”.

Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban isə son günlər Rusiyanın Türkiyəyə qaz ixracını dayandırması haqda səslənən fikirlərə münasibət bildirib. Ekspert qeyd edib ki, Rusiya Türkiyəyə qaz ixracını bir tərəfli şəkildə dayandıra bilməz:

““Qazprom” eksport şirkəti Türkiyəyə müxtəlif müqavilələr əsasında iki kanaldan qaz ixrac edir. Bunları bir tərəfli şəkildə dayandıra bilməz. Mavi axın üzrə ixrac Trükiyə tərəfdən sərt şərtlərlə imzalanıb. Türkiyə ötən il 27,3 milyard kubmetr maye qaz alıb, bununlada öz bazarını kifayət qədər diversifikasiyalaşdırıb. Türkiyənin ENG terminnalları heç vaxt tam gücündə olmayıb. Əlavə olaraq daha 10 milyard kubmetrə qədər maye qaz idxal edə bilərlər. Türkiyənin bütün enerji sistemi elə qurulub ki, bunlar avtomatik olaraq qazı kömürlə əvəzləyə bilirlər. Kömürün daşınması isə istər dəmir yoluyla olsun, istər gəmilərlə problemli deyil”.

Xatırladaq ki, ötən il Türkiyə Rusiyaya təxminən 6 milyard dollarlıq mal satmışdı. Rusiyanın Türkiyəyə ixracatı isə 25 milyard dollardan çox olmuşdur. Rusiyanın ixracının böyük bir qismini qaz təşkil etdiyi halda, Türkiyədə bunu tekstil, aqrar məhsullar, ərzaq təşkil edir. 

Xəbər lenti
0