SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Araz Əzimov İsrail və Fələstinə səfər edib

© faktxeber.comXarici işlər nazirinin müavini Araz Əzimov
Xarici işlər nazirinin müavini Araz Əzimov - Sputnik Azərbaycan
Abunə olmaq
Səfərlər zamanı Yaxın Şərq və Cənubi Qafqazda regional məsələlər, o cümlədən, nüvə təhlükəsizliyi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin Fələstinlə diplomatik pasportu olan müvafiq vətəndaşların viza tələbindən azad edilməsinə dair Saziş imzalanıb.

BAKI, 23 may — Sputnik. Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Araz Əzimov 18 may 2016-cı il tarixində İsrail dövlətinə səfər edib. Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, səfər zamanı o, İsrailin xarici işlər nazirliyi, parlamenti və digər dövlət orqanlarının rəsmiləri ilə görüşlər keçirib.

Визит Ильхама Алиева и Мехрибан Алиевой в Турцию. Архивное фото - Sputnik Azərbaycan
SİYASƏT
Prezident İlham Əliyev Türkiyədə işgüzar səfərdədir

Keçirilmiş görüşlər zamanı iki ölkə arasında əməkdaşlığın aktual məsələləri, eləcə də Yaxın Şərq və Cənubi Qafqazda regional məsələlər, o cümlədən, nüvə təhlükəsizliyi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Bütün dövlətlərin, o cümlədən, İranın nüvə enerjisindən sülh məqsədi ilə istifadə hüququnun olduğu bir daha təsdiq edilib. Həmçinin, Ermənistanın Azərbaycana və bölgəyə qarşı törətdiyi təhlükələr haqqında qarşı tərəfə dolğun məlumat verilib.

Araz Əzimov 19 may 2016-cı il tarixində isə Fələstin dövlətinə səfər edib. Səfər zamanı o, Fələstin Dövlətinin Baş Naziri Rami Hamdallah, Fələstin Azadlıq Təşkilatının Baş katibi Saeb Erekat və xarici işlər nazirinin müavini Tayser Caradat ilə görüşlər keçirib. Keçirilmiş görüşlər zamanı iki ölkə arasında əməkdaşlığın aktual məsələləri, eləcə də Yaxın Şərq və Cənubi Qafqazda regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Səfər zamanı "Azərbaycan Respublikası hökuməti ilə Fələstin Dövləti hökuməti arasında diplomatik pasportu olan müvafiq vətəndaşların viza tələbindən azad edilməsi haqqında Saziş" imzalanıb.

Xəbər lenti
0