BAKI, 22 may — Sputnik. Bu gün Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Dünya Humanitar Sammitində iştirak etmək üçün Türkiyə Respublikasına işgüzar səfərə gəliblər.
Sputnik-in AzərTAC-a istinadən verdiyi məlumata görə, İstanbulun Atatürk beynəlxalq hava limanında Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Türkiyənin yüksək səviyyəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.