BAKI, 23 may — Sputnik. "Dünyada humanitar prinsiplər üzrə yenilənmiş qlobal konsensusa ehtiyac var". Sputnik Trend-ə istinadən xəbər verir ki, bunu Almaniya Kansleri Angela Merkel I Ümumdünya Humanitar Sammitinin açılışında deyib. Onun sözlərinə görə, son vaxtlar insan iztirablarının miqyası şoka salır.
Qeyd edək ki, mayın 23-də İstanbulda Dünya Humanitar Sammiti öz işinə başlayıb. Türkiyə Respublikasının və BMT-nin təşkilatçılığı ilə ilk dəfə keçirilən Sammitdə dünyada baş verən humanitar problemlərin həlli baxımından beynəlxalq ictimaiyyətə mühüm çağırışlar ediləcək.
Sammitdə BMT-nin üzvü olan ölkələrdən 60-dək dövlət və hökumət başçısı, böhranlardan əziyyət çəkən ölkələrin rəsmiləri, beynəlxalq təşkilatların, QHT-lərin və özəl sektorun təmsilçiləri olmaqla ümumilikdə 5 mindən çox nümayəndə iştirak edir.