CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

O canavar necə doğuldu?

CC0 / Engin_Akyurt / lightQaranlıqda insan kölgəsi. Arxiv şəkli
Qaranlıqda insan kölgəsi. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Sadəcə 2 ay möhlət istədim, dinləyən olmadı. Küçələrdə it döyməklə gününü keçirən bir tüfeyli ilə, millətin gələcəyinin yalnız və yalnız təhsildən keçdiyini düşünən bir elm əhli arasında fərq qoyulmasını istədim. Qoyulmadı...

BAKI, 23 may — Sputnik. 2000-ci illərin ortaları idi. Ali məktəbin bakalavr pilləsini bitirib, magistraturaya hazırlaşmağa başlamışdım. Uzun illər həvəsində olduğum ixtisası da müəyyənləşdirmişdim — Milli təhlükəsizlik strategiyası.

Atılmış uşaq - Sputnik Azərbaycan
CƏMİYYƏT
Mənim övladımı bu yola sürükləyənin...

Ali təhsilin ilk pilləsini fərqlənmə diplomu ilə bitirməyimin sevinci bir idisə, magistr olacağıma daxili əminliyim yüz idi. Dörd illik enerji və yay boyu qazanacağım əlavə bilik — bunları birbaşa hədəfə yönəldəcəkdim. Elmə sevgim və potensialım, mənbəyini dağlardan götürmüş çaya bənzəyirdi — mütləq mənşəyinə çatacaqdı. Əgər yatağı dəyişdirilməsəydi…

Bir gün kağız gəldi — həqiqi hərbi xidmətə yollanmalısan deyə. Tam səmimiyyətimlə deyirəm, heç zaman Vətənə xidmətdən (ən müxtəlif sahələrdə) qaçmamışam, bu haqda düşünməmişəm. O zaman da düşünmürdüm. Sadəcə zamanı deyildi. Deyildi…

Ölkənin ən nüfuzlu ali məktəblərindən birinə fakültə üzrə ən yüksək balla qəbul olmuş, bu nəticəmə görə 4 il müddətinə qrupa rəhbərlik etmiş, fərqlənmə diplomuna düşmək üçün nəzərdə tutulan limiti artıqlaması ilə keçmiş (minimum hədd 70 bal idi, mənim 91 balım vardı) və Azərbaycan sektoru üzrə fakültədə yeganə tələbə olaraq ali məktəbi fərqlənmə diplomu ilə başa vurmuşdum.

Və hərbi xidmətdən, ən azı 2 il müddətinə möhlət veriləcəyinə inanırdım. Verilmədi… Sadəcə 2 ay möhlət istədim, imtahandan kəsilərsəm, əsgərliyə könüllü gedəcəm dedim. Dinləyən olmadı. 11 illik orta təhsili güc-bəla başa vuran, küçələrdə it döyməklə gününü keçirən bir tüfeyli ilə, əlindən kitab düşməyən, millətin gələcəyinin yalnız və yalnız təhsildən keçdiyini düşünən, bu yolun fədaisi olmağı hədəfləyən bir elm əhli arasında zərrəcə fərq qoyulmadı (lütfən, "hər kəs bərabər yaradılmışdır" nağıllarını təkrarlamayın).

Qolum-qanadım sındı. 15 illik təhsilimin üstündən çalın-çarpaz xətt çəkilmişdi. "Bu, necə bir həyat? Bu, necə bir cəmiyyət? Bu, necə bir qanun?" deyə hayqırırdım. Mənim ağlımmı bu cəmiyyətə daha faydalı olardı, 12 ay "şaqat" etməkdan (atəşkəs dövründə başqa nə işin olar ki) tuluğ olmuş ayağımmı? Bu sualı hələ də özüm və cəmiyyət üçün açıq saxlayıram.

O gün hər şey bitdi mənimçün. Buraxın hərbi xidmətdən sonra ali təhsilimi davam etdirməyi, əlimə kitab almağı unutdum mən. Hərbidən yeni bir insan (?) olaraq döndüm — "əz ki, əzilməyəsən" prinsipi ilə yaşayan, tələbə auditoriyasının həndəvərinə belə, yaxınlaşmağa həvəsi qalmayan bir ənənəvi azərbaycanlı olaraq.

Birinci qarabağ müharibəsi dövründə Azərbaycan ordusnun əsgərləri. Arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Sənin oğlun Murovdağda nə gəzirdi ki...

Köhnəlmiş nəsihətlərdən iyrənirdim artıq. "Elm öyrənmək gec deyil" kimi naftalin iyi verən (müəllif hüquqlarına hörmət edirəm) tövsiyyələr ağcaqanad vızıltısından fərqlənmirdi mənimçün. Efir-efir dolaşan kifir-kifir simaların üyüdüb tökdüyü "gələcəyimiz gəncliyin əlindədir" şüarları mədəmi bulandırırdı.

Sonra keçdi bu "hamiləlik" dövrü, özümü dünyaya gətirdim. Bir canavar doğuldu içimdən — təcavüz uşağı. Onu əkənlər kimi qansız, biçənlər kimi cahil. Sıfırdan başladım həyatı. Kimsənin dərdini umursamadım. Bu gün də elə…

Odur ki, 700 balla ali məktəbə qəbul olan gəncin, bu Vətənə mürəkkəbi ilə deyil, qanı ilə xidmət etməsinə üzülünləri nə anladım, nə dinlədim. İndi durub magistr və doktorantlar üçün həqiqi hərbi xidmətdən möhlət hüququnun ləğvinəmi üzüləcəm?! O deputat (nəydi adı?) nə gözəl demiş: "Bakalavrlar yalnız hərbi xidmət keçdikdən sonra magistraturada təhsillərini davam etdirə bilərlər".

Xəbər lenti
0