BAKI, 20 may — Sputnik. "Xəzər Lənkəran" klubu tarixində ilk dəfə I Diviziona enib. "Ağ-yaşıllar" 12 ildir çıxış etdiyi Azərbaycan Premyer Liqası ilə vidalaşmalı olublar.
Bu, XXXVI turda "Rəvan"la səfərdə 2:2 hesablı heç-heçədən sonra məlum olub. Oyuna daha üstün başlayan cənublular 2:0 hesabı ilə öndə olduqları halda, qələbəni əldən veriblər. Bununla da Lənkəran komandası çempionatı 15 xalla sonuncu pillədə başa vurub.
Reqlamentə əsasən, Premyer Liqanı sonuncu klub tərk etməlidir. AFFA İcraiyyə Komitəsinin gələn mövsümədək qərarında dəyişiklik baş verməsə, "Xəzər Lənkəran" Premyer Liqa ilə vidalaşmalı olacaq.