"Qırmızı planet"dən sensasiyalı xəbər: onu kim "bombardıman" etdi?

© Photo : ShutterstockMars planetinin relyefi
Mars planetinin relyefi - Sputnik Azərbaycan
Abunə olmaq
Milyard il əvvəl Mars səthinin üçdə biri okean suları ilə örtülmüşdü. Sonra nə isə baş verdi və okean kiçilməyə başladı. Bir neçə dəfə kiçildi, bir müddət mövcud oldu, sonra ümumiyyətlə yoxa çıxdı.

BAKI, 19 may — Sputnik. Marsda 3 milyard il əvvəl baş vermiş meqasunaminin izləri hərtərəfli sübuta yetirilib. Məlum olub ki, "qırmızı planet"də qədim okean mövcud olub. Sunamilər dənizin səviyyəsi ilə bağlı "qaydaları pozub". Elə bu amil də Marsda həyatın olduğuna dair mülahizələri təsdiqləyib.

3,4 milyard il əvvəl iki nəhəng asteroid bir-birinin arxasınca bir neçə milyon illik fasilə ilə Mars okeanına düşüb. Onların hər biri nəhəng sunamilər yaradıb. O sunamilərin hündürlüyü 120 metrədək olub və materikin yüz kilometrlərlə dərinliyinə qədər enib.

Mars planeti - Sputnik Azərbaycan
Marsla bağlı yeni faktlar aşkarlandı

Bu faktı ABŞ-ın Planetologiya İnstitutundan Aleksis Rodriqesin rəhbərlik etdiyi beynəlxalq tədqiqat qrupu müəyyənləşdirib. Onlar Marsın şimal vadisinin geomorfoloji xüsusiyyətlərini öyrənərkən bu qənaətə gəliblər. Bu zaman artıq çoxdan apardıqları müşahidələrə əsaslanıblar və sübut ediblər ki, qədim zamanlarda burada okean mövcud olub.

3 milyon ildə bir dəfə

Sputnik xəbər verir ki, alimlər bu işin detallarını "Scientific Reports" jurnalında yayınlanan məqalədə açıqlayıblar. Onların fikrincə, belə meqasunamilər o vaxtlar xüsusi mahiyyət kəsb etməyib. Asteroidlər isə Mars, yaxud Yer kimi planetləri heç olmasa 3 milyon ildə bir dəfə "bombardıman" edib.

Bu zərbələrin izləri yerdə də qalıb. Amma onların açdıqları eroziya çoxdan ehmalca bağlanıb. Mars isə milyard il bundan əvvəl öz atmosferini itirib. Eroziya onun səthinə elə də güclü toxunmayıb, amma asteroidlərin düşməsindən sonra əmələ gələn kraterlər bu gün də görünməkdədir. Onların hər biri təqribən 30 km-ə yaxındır.

İki nəhəng sunami barədə tapmaca demək olar ki, çözülüb. Hələ ötən əsrdən başlayaraq alimlər Mars okeanı ilə bağlı məsələni müzakirəyə çıxarmışdılar. Onda NASA-nın geoloqu Timoti Parker Marsda planeti əhatə edən təhlükəli eroziya xəttinin olduğu barədə xəbər vermişdi. Bu xətt alimlərin eynilə Yerdə gördükləri xəttə bənzəyirdi. Onlar bu xətti səhradakı qədim gölün izlərini axtararkən tapmışdılar.

Международная космическая станция - Sputnik Azərbaycan
Günəş sistemində dünyadan 10 qat böyük olan yeni planet kəşf edilib

Parkerin fikrincə, milyard il əvvəl Mars səthinin üçdə biri okean suları ilə örtülmüşdü. Sonra nə isə baş verdi və okean kiçilməyə başladı. Bir neçə dəfə kiçildi, bir müddət mövcud oldu, sonra ümumiyyətlə yoxa çıxdı.

Yeni sürprizlər ortaya çıxdı

Parker sübut kimi NASA-nın kosmik aparatı olan "Vikinq"in çəkdiyi kiçilmiş okeanın ilkin sahil xəttinin şəklini göstərirdi. Bu fotonu elm ictimaiyyəti ciddi qəbul etmədi, çünki onun ölçüləri çox kiçik idi. Qədim okeanın mövcudluğunu sübut etmək üçün hər bir sahil xəttini (daxili və xarici sahil xətlərini), onların "dəniz səviyyəsindən" hündürlüyünü (hansı ki, bu hündürlüklər hələ də Marsın səthində qalır) qeyd etmək lazım idi.

Hamı intizarla NASA-nın Mars Global Surveyor orbiterinin (bu aparat dairəvi orbitə çıxmış, 1997-ci ilin sentyabrında müşahidələrə başlamış, öz işini 2006-cı ildə başa çatdırmışdı) yekun göstəricilərini gözləyirdi. Bu cihaz 10 metrlik hündürlükdən daha dəqiq təsvirləri çəkməyə nail olmuşdu.

Aparat heç bir mübahisəni həll etmədi, lakin yeni sürprizlər ortaya çıxardı: şəkillər göstərdi ki, daxili sahil xəttinin bütün dairəvi hündürlüyü eyni məsafədədir. Xarici dairənin hündürlüyü isə fərqlidir, burada fərq 8 kilometrə çatır.

Mars planeti - Sputnik Azərbaycan
ELM
Yaponiya Marsda gələcək bazanın tikintisi üçün robotlar hazırlayacaq

Bu göstəricilər alimləri dalana dirədi. Budur, okean sularını müxtəlif hündürlüklərə sovuran iki nəhəng meqasunami. Onlar dənizin səviyyəsi ilə bağlı qaydaları pozub.

Duzlu və çox soyuq

Bütün bu məlumatlar Marsdakı qlobal dəyişiklər dövrünə aiddir. Həmin vaxt "canlı" planet tədricən ölü səhraya, soyuq, atmosferi və suyu itirmiş bir şeyə çevrilib. Məqalə müəlliflərinin sözünə görə, ilk meqasunami planetin yaxşı vaxtlarında baş verib. Onda planetdə istilik və su var idi. Nəhəng dalğalar quruya çıxdı və oradan maye halında da geri döndü. Su özündən sonra kanallar yaratdı və geri qayıtdı. Bu kanallar dəqiq idi. Onlar indiyə qədər də Marsın səthində qalır.

İkinci zərbə artıq Marsda nəzərəçarpacaq soyuqlaşma baş verəndən sonra oldu. İkinci dalğa dondu, buza çevrildi və təbii olaraq geri qayıtmadı, düşdüyü yerdə qaldı. O buz milyard illər ərzində heç vaxt ərimədi. Bu buzların sərt sərhədləri göstərir ki, Mars okeanının suları duzlu olub.

"Duzlu və çox soyuq" — deyə Kornel universitetinin nümayəndəsi, məqalənin həmmüəlliflərindən biri Albert Feyren bildirir. Bu isə həyatın formalarından biridir, əgər onlar o vaxtlar da Marsda mövcud olubsa, buzlu sahələr qədim bioloji izlərin axtarışları üçün yaxşı namizəddir.

планета Земля - Sputnik Azərbaycan
NASA: Yer planeti toqquşa bilər

Onun fikirlərini Aleksis Roldriqesin araşdırmaları da təsdiqləyir: "Biz artıq bu sunaminin özündən sonra iz qoyduğu, gölü bir neçə yerə bölən qalıqlarını müəyyənləşdirmişik. Biz bu əraziləri xarakterizə etmək, onlardan gələcəkdə robotlar və insanların araşdırmaları zamanı istifadə etmək niyyətindəyik".

Niyə məhz qadın?

İnsanlar hələ də çoxlu suallar verirlər: Marsda insan tapılacaqmı və biz ulduzlara nə vaxt uçacağıq? Niyə Marsda məhz qadın axtarırlar?

Alimlər deyirlər ki, onlar hələlik insanları sevindirə bilməyəcəklər. Çünki indi marslılardan danışmaq üçün əllərində hansısa əsaslar yoxdur. Amma onlar Marsdakı birhüceyrəlilər barədə danışa bilərlər.

Jurnalistlərin yazdıqları kimi Marsda daşlaşmış qadın kəlləsi, mumiyalar, keçi, dələ, bizon qalıqlarının tapılmasına da konkret şərh vermək mümkün deyil. İnsanlar Marsda məhz ona görə qadın axtarırlar ki, onların düşüncəsinə görə, qadın hüceyrələri məhz həyatın nişanəsi deməkdir.

Bizsə əmin deyilik ki, əgər həqiqətən də mövcuddurlarsa, marslıların hüceyrələri bizim təsəvvür etdiyimiz kimi Yer planetinin sakinlərinin hüceyrələrinə oxşayır…

Xəbər lenti
0