BAKI, 23 yan — Sputnik. Günəş sistemində dünyadan 10 qat böyük olan yeni planet kəşf edilib.
9-cu planet Günəş ətrafında dövrünü təxminən 20 min ildə tamamlayır.
Sputnik Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, ABŞ-da yerləşən Kaliforniya Texnologiya İnstitutunda çalışan iki elm adamı Günəş sistemində doqquzuncu bir planetin kəşf edildiyini elan edib.
Yeni planetin planet olmadığı iddia edilən Plutonun yerinə keçə biləcəyi fikri irəli sürülüb.
Yeni planet təxminən Yer kürəsindən 10, Plutondan isə 20 qat böyükdür. Amerikalı astronomların kəşf etdiyi planet hələ müşahidə edilmir.
Astronomlar əsrarəngiz planeti Günəş sisteminin kənarında yeni kəşf edilən çox kiçik planetlər və kiçik göy cisimləri sayəsində tapıb.