BAKI, 19 may-Sputnik. "Silk Way" aviaşirkətinə məxsus yük təyyarəsinin Əfqanıstanda qəzaya uğraması nəticəsində təyyarənin 9 ekipaj üzvündən 7-si həlak olub.
Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının yaydığı məlumata görə, təyyarə Bakı vaxtı ilə təxminən saat 18:30 radələrində Dvayer hava limanından uçuş zamanı qəzaya uğrayıb.
Hadisənin səbəblərini araşdırmaq üçün komissiya yaradılıb. Komissiya üzvlərinin mayın 19-da hadisə yerinə gedəcəyi gözlənilir.
Təyyarənin qəzaya uğraması nəticəsində sağ qalan iki nəfər Ukrayna vətəndaşıdır. Onların hər ikisinin vəziyyəti ağırdır.
"Silkway" şirkətinə məxsus yük təyyarəsi Əfqanıstanda qəzaya uğrayıb. Təyyarənin 9 ekipaj üzvündən 7-si həlak olub.
Beynəlxalq heyət tərəfindən idarə edilən təyyarənin ekipajına 5 Azərbaycan, 3 Ukrayna və 1 Özbəkistan vətəndaşı daxil olub.
Azərbaycan tərəfi hadisənin səbəblərini araşdırmaq üçün komissiya yaradıb.