BAKI, 18 may — Sputnik. Əfqanıstanın Gilmənd əyalətində bu ölkə daxilində yük daşımaları məqsədilə Silk Way şirkətindən icarəyə götürülən An-12 yük təyyarəsində aviasiya hadisəsinin baş verməsi barədə məlumat daxil olub. Bu barədə Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasından Sputnik-ə verilən məlumatda deyilir.
Məlumata əsasən, Bakı vaxtı ilə təxminən saat 18:30 radələrində Dvayer hava limanından uçuş zamanı aviasiya hadisəsi baş verməsi barədə xəbər daxil olub.
"İcarəyə götürülən təyyarə beynəlmiləl heyət tərəfindən idarə olunur. Heyətin tərkibinə Özbəkistan vətəndaşı (kapitan), üç Ukrayna vətəndaşı və beş Azərbaycan vətəndaşı daxildir.
Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası tərəfindən hadisənin araşdırılması üzrə komissiya yaradılıb. Hazırda Əfqanıstan aviasiya qurumları ilə hadisənin səbəblərinin araşdırmaq məqsədilə mayın 19-da komissiyanın nümayəndələrinin hadisə yerinə getməsi üzrə razılaşdırma prosesi gedir, deyə Sputnik-ə verilən məlumatda bildirilir.