Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Mərkəzi Bankın dollar ehtiyatı azalır

© Sputnik / Murad OrujovMərkəzi Bank
Mərkəzi Bank - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: "Azərbaycanın xaricdən pul cəlb etməyə ehtiyacı var. O cümlədən də bankların. Əgər banklar xaricdən pul cəlb etsə, Mərkəzi Bank onun heç bir hissəsini özündə saxlamayacaq"

BAKI, 18 may — Sputnik. "Mərkəzi Bankın 2016-cı ilin yanvar-mart ayları üzrə hesabat dövründə pul kütləsinin həcminin və bank sistemində likvidlik səviyyəsinin tənzimlənməsi məqsədilə məcburi ehtiyat normalarından da istifadə olunub".

Azərbaycan Mərkəzi Bankı - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Mərkəzi Bank nə etmək istəyir?

Sputnik xəbər verir ki, bu barədə MB-nin 2016-cı ilin yanvar-mart ayları üzrə "Pul siyasəti" icmalında deyilir. Bildirilir ki, dollarlaşma səviyyəsinin azaldılması, habelə bank sektorunda maliyyə sabitliyinin gücləndirilməsi məqsədilə Mərkəzi Bank İdarə Heyətinin 03 mart 2016-cı il tarixli qərarı ilə banklar tərəfindən xarici valyutada cəlb edilmiş öhdəliklər üzrə məcburi ehtiyat norması 0.5%-dən 1%-ə yüksəldilib, qeyri-rezident maliyyə sektoru qarşısında öhdəliklər və beynəlxalq maliyyə institutları ilə hesablaşmalar üzrə məcburi ehtiyat norması isə 0.5%-dən 0%-ə endirilib. Milli valyutada, həmçinin qiymətli metallarda cəlb edilmiş öhdəliklər üzrə isə məcburi ehtiyat norması dəyişməz saxlanılıb.

"Banklar 2016-cı ilin may ayından məcburi ehtiyatlar üzrə hesabatı yeni normalar nəzərə alınmaqla tərtib etməli və iyun ayından etibarən məcburi ehtiyatlarını yeni normaya uyğun saxlamalıdır. Hesabat dövründə bankların Mərkəzi Bankda müxbir hesablarının qalıqları dövr üçün məcburi ehtiyat kimi saxlanmalı olan vəsaitlərin həcmini əhəmiyyətli dərəcədə üstələyib", — deyə hesabatda qeyd olunur.

© Photo : REPORTƏkrəm Həsənov
Əkrəm Həsənov - Sputnik Azərbaycan
Əkrəm Həsənov

Məsələ ilə əlaqədar bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov Sputnik-ə açıqlamasında deyib ki, məcburi ehtiyat norması Mərkəzi Bankın apardığı pul siyasəti alətlərindən biridir: "Bu dəyişikliklərdən sonra banklar xarici valyutada nə qədər pul cəlb ediblərsə, əgər dollar ilə cəlb ediblərsə, bunun 1 faizini Mərkəzi Bankda saxlamalıdır. Əgər xaricdən cəlb edibsə, pulun heç bir hissəsini Mərkəzi Bankda saxlamır".

Ekspert deyib ki, Mərkəzi Bank nəyisə artırırsa, deməli pul kütləsini azaldır: "Əgər dollarda Mərkəzi Bank bu faizi artırıbsa, deməli, dollar kütləsini dövriyyədə azaldır. Bununla da dollarlaşmanın qaşısını almaq istəyir. Həm də banklar üçün dollarda əmanət saxlamağı əlverişsiz edir".

"Milli valyutada faiz qaldırılmayıb. Bu da o deməkdir ki, milli valyutada pul cəlb etməyə stimul vermək istəyir. Amma dollar ilə manat arasında 0,5 faiz fərqin olması, bu elə də ciddi fərq deyil. Bazara elə də ciddi təsir etməyəcək. Ola bilər bu başlanğıcdır və Mərkəzi Bank dollar ilə məcburi ehtiyat normasını artıracaq. Mərkəzi Bankın milli valyutada məcburi ehtiyat normasını müəyyən etməsini indiki halda düzgün hesab etmirəm. Çünki, onsuz da dövriyyədə milli valyuta çatmır", — Ə. Həsənov vurğulayıb.

Onun sözlərinə görə, hazırda Azərbaycanın xaricdən pul cəlb etməyə ehtiyacı var: "O cümlədən də bankların. Əgər banklar xaricdən pul cəlb etsə, Mərkəzi Bank onun heç bir hissəsini özündə saxlamayacaq. Bir növ, banklara stimul verir ki, əgər ölkə daxilində dolları cəlb etsəniz, 1 faizini Mərkəzi Bankda saxlayacaqsınız. Yox, əgər xaricdən dollar cəlb etsə, heç bir hissəsi saxlanılmayacaq. Bu da ölkəyə pul axınına stimul deməkdir".

"Burada başqa bir məsələ də ola bilər. Ola bilər Mərkəzi Bankın öz dollar ehtiyatı azalır. O bu yolla banklardan pul yığır. Bankların dollarının bir hissəsini Mərkəzi Bank özündə saxlamaq üçün yığır. Bu amillər də var", — deyə mütəxəssis əlavə edib.

Xəbər lenti
0