SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Mövlud Çavuşoğlu Sergey Lavrovla mərcə girdi

© Sputnik / Eduard Pesov / Mediabanka keçidMövlud Çavuşoğlu və Sergey Lavrov
Mövlud Çavuşoğlu və Sergey Lavrov - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə XİN başçısı: "Əgər siz sübut etsəniz, mən istefaya gedəcəm, yox əgər sübut edə bilməsəniz, sizi ömrünüzün geri qalan hissəsini Antalyada qonağımız olmağa dəvət edirəm"

BAKI, 18 may — Sputnik. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib ki, əgər Türkiyənin "İslam dövləti" (İŞİD) terror qruplaşması ilə əlaqəsi sübut olunsa, istefaya getməyə hazırdır.

Sputnik-in məlumatına görə, Çavuşoğlu Vyanada Suriyaya dəstək beynəlxalq qrupunun iclasında iştirak edib. İclasda Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ankaranın İŞİD-ə dəstək verdiyini deyib, bundan narahat olduqlarını dilə gətirib. Rusiyalı diplomat deyib ki, Türkiyədə İŞİD yaraqlılarının silahla təchizatı ilə məşğul olan çox ciddi şəbəkənin mövcudluğu barədə çoxlu faktlar var.

"Söhbət öz növbəsində Türkiyə-Suriya sərhəddinin 90 km-lik ərazisindən gedir. Terrorçular hələ də ora nəzarət edirlər və oradan yardım alırlar", — Lavrov bildirib.

Lakin bu iddialar Türkiyə tərəfinin narazılığına səbəb olub. "Siz, cənab Lavrov, ciddi diplomatsınız və bu iclasın iştirakçıları arasında ən təcrübəlisisiniz. Buna görə də, hesab edirəm ki, siz bu qəbildən olan qeyri-ciddi fikirlərə istinad etməməlisiniz. Əgər Rusiyada Türkiyənin İŞİD-ə dəstək verdiyi barədə heç olmasa bir dənə sübut varsa, mən istefaya getməyə hazıram. Əgər sübut edə bilməsəniz, mən sizi ömrünüzün geri qalan hissəsini Antalyada qonağımız olmağa dəvət edirəm" — deyə Çavuşoğlu bildirib.

Diplomat həmçinin, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu barədə fikirlərini də xatırladıb. O da daha əvvəl Ankaranın İŞİD-lə əməkdaşlığı barədə informasiyaları birmənalı olaraq təkzib etmişdi və bildirmişdi ki, əgər belə bir əlaqə sübut olunsa, istefaya getməyə hazırdır.

Mövlud Çavuşoğlu - Sputnik Azərbaycan
RUSİYA
Sergey Lavrov: Mövlud Çavuşoğlu ilə danışılacaq çox mövzu var

Rusiya KİV-ləri artıq dəfələrlə Türkiyə hökumətini İŞİD terrorçularına dəstək verməkdə günahlandırıb. Hətta bu ilin martında RT telekanalı Suriya Kürdüstanında tapılan İŞİD sənədləri ilə bağlı eksklüziv material hazırlamışdı. Onların arasında neft quyularının üzərində işlərin aparılmasına dair təlimat, xam neft ticarətinə dair mühasibat hesabatları, həmçinin Türkiyəyə gediş-gəliş ştampının vurulduğu pasport nümayiş etdirilmişdi. Yaraqlılardan biri etiraf etmişdi ki, Türkiyə təkcə İŞİD terrorçularından neft almır, həm də onlara qida, döyüş sursatı və digər mallar verir.

RT bu yaxınlarda terrorçuların Türkiyə ilə əlaqəsinə dair digər sübutlar da əldə etmişdi. Əl-Hasaka əyalətinin sakinləri jurnalistlərə demişdilər ki, terrorçular nefti Türkiyəyə silaha və dollara satırlar.

Ankaranı terrorçularla birgə biznesdə əsasən Rusiya hakimiyyəti günahlandırır. Ötən ilin dekabrında Rusiyanın BMT-dəki və BMT Təhlükəsizlik Şurasındakı daimi nümayəndəsi Vitali Çurkin terrorçuların avtosisternlərinin keçdiyi sərhəd məntəqələrinin və təchizatla məşğul olan türk şirkətlərinin konkret adlarını çəkmişdi.

Analoji bəyanatla Rusiya Müdafiə Nazirliyinin nümayəndələri də çıxış etmişdilər və onlar İŞİD-in neft sisternlərinin sputnikdən çəkilmiş görüntülərini yaymışdılar. Amma Türkiyə tərəfi bu görüntülərin manipulyasiya xarakteri daşıdığını və onlarla heç bir əlaqəsinin olmadığını bildirmişdi.

Xəbər lenti
0