Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Sergey Lavrov: Mövlud Çavuşoğlu ilə danışılacaq çox mövzu var

© Sputnik / Eduard Pesov / Mediabanka keçidMövlud Çavuşoğlu
Mövlud Çavuşoğlu - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə və Rusiya xarici işlər nazirləri Belqradda görüşəcək.

BAKI, 2 dek-Sputnik. Dekabrın 3-4-də isə Belqradda keçiriləcək ATƏT Xarici İşlər Nazirləri Şurasının toplantısında Türkiyə və Rusiya xarici işlər nazirlərinin görüşü baş tuta bilər.

Sputnik xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov açıqlama verib.

Lavrov "Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun görüşmək təklifini rədd etməyəcəyəm, NATO və Rusiya arasında danışılacaq çox mövzu var, biz bunları müzakirə etməyə hazırıq" — deyə bildirib.

Toplantıda Azərbaycan xarici işlər Naziri Elmar Məmmədyarov da iştirak edəcək.

Xəbər lenti
0