QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Vyana görüşünün yeganə mesajı

© Photo : Azərbaycan Prezidentinin rəsmi internet səhifəsiAzərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşü
Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşü - Sputnik Azərbaycan
Abunə olmaq
Fakt odur ki, savaş yeni torpaq itkisi təhlükəsini ehtiva edir. Qərb də Azərbaycanın savaşa başlamasını arzu etmir. Bir sözlə, reallıq ən azı bu mərhələdə savaş varinatını gündəmdən çıxarır.

BAKI, 18 may — Sputnik. Vyanada mayın 16-da ATƏT-in Minsk qrupunun həmsədr ölkələrini təmsil edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov, ABŞ-ın dövlət katibi Con Kerri və Fransanın Avropa məsələləri üzrə naziri Arlem Dezir, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün Ermənistan və Azərbaycan prezidentləri Serj Sarkisyan və İlham Əliyevlə görüşüblər. Tərəflər münaqişənin hərbi yolla həlli variantının olmadığını təsdiq ediblər. Həmsədrlər 1994 və 1995-ci illərdə əldə olunan atəşkəs sazişlərinə əməl olunmasının vacibliyinə təkid ediblər.

Türkiyə-Rusiya - Sputnik Azərbaycan
TƏHLİL
Rusiyanın Cənubi Qafqaza dönüşündə Ankaranın rolu

Həmçinin prezidentlər atəşkəsə və münaqişənin sülh yolu ilə nizamlanmasına sadiq olduqlarını təsdiq ediblər. Onlar bundan sonrakı zorakılıq risklərini azaltmaq üçün qısa müddət ərzində ATƏT-in araşdırmaçı mexanizmləri üzərində işi başa çatdırmaq barədə razılığa gəliblər.

Dövlət başçıları, eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mövcud ofisinin genişləndirilməsi barədə razılaşıblar. Və nəhayət onlar Beynəlxalq Qırmızı Xaç Komitəsinin himayəsi altında itkin düşən şəxslər haqqında məlumat mübadiləsinin davam etdirilməsi barədə razılıq əldə ediblər. Prezidentlər hərtərəfli nizamlanmaya dair danışıqların bərpası məqsədi ilə səylərin davam etdirilməsi üçün iyunda növbəti görüşün vaxtını və yerini müəyyən etmək barədə razılığa gəliblər.

Göründüyü kimi, tərəflərin savaş çağırışlarına beynəlxalq güclər sərt reaksiya verdi. Kənar baxışla görünən budur ki, savaş davam edərsə, ATƏT ən optimal yol kimi zorən sülhə nail olmağı nəzərdən keçirə bilər. Siyasi araşdırmaçıların fikrincə, Şimali Qafqazda terrorizmin müşahidə edildiyi, həmçinin Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatların yenidən başlaya biləcəyi zorən sülh variantını aktual edir.

Qarabağ savaşında yenidən silahların dillənməsi dünya güclərinin maraqlarına qətiyyən cavab vermir. Lakin "nə hərb, nə sülh" vəziyyəti də uzun müddət davam edə bilməz. Görünən budur ki, ATƏT-in Minsk Qrupunun fəaliyyəti fiaskoya uğrayıb və artıq yeni format axtarışları gedir. Bu müstəvidə münaqişə tərəflərinin vasitəçilərsiz münasibətlərini ayırd etmək perspektivi də yaranır. Lakin nəzərə alsaq ki, Bakı İrəvanla birbaşa münaqişə vəziyyətindədir, Azərbaycan və Ermənistanın kompromis əldə etməsi üçün Qərb və Rusiyanın razılığı tələb edilir.

Göründüyü kimi, yeni Qarabağ savaşında ATƏT maraqlı deyil, deməli nə Bakı, nə də İrəvan "cızığından" kənara çıxa bilməz. Bu gün vasitəçi ölkələrə münaqişənin dondurulması sərf edir. Buna nə Bakı, nə də İrəvan etiraz edə bilər.

Digər variant Bakı və Xankəndi arasında mümkün dialoq perspektividir. Qarabağın erməni icması ilə danışıqlar iki istiqamətdə aparıla bilər — xalq diplomatiyası və Azərbaycan hakimiyyəti nümayəndələrinin öz vətəndaşları olan erməni sakinlərlə danışıqlara başlaması yolu ilə. Bu xəttin vurulması isə onu deməyə əsas verir ki, vasitəçilər tamamilə başqa variantlar barədə düşünür.

Xalq diplomatiyasını təpki ilə qarşılayan tərəflərin "hərbi marş" oxuması münaqişənin hərbi yolla həlli perspektivi barədə suallar doğurur. İlk baxışdan, Bakının silaha əl ataraq, işğal olunmuş ərazilərdən bir qismini azad etməsi mümkün görünür. Lakin bu məsələ göründüyü qədər də sadə deyil. Son proseslər fonunda yaranan təəssürat ondan ibarətdir ki, Azərbaycanın silaha əl atması münaqişənin etnik zəmində baş verdiyini nümayiş etdirə bilərdi.

Dünyadakı reallıq Qərb və Rusiyanın Azərbaycana sərf etməyəcək mövqedən çıxış edəcəyini ehtimal etməyə əsas verir. Lakin bu münaqişəni Cənubi Qafqazda və Şərqi Avropada mövcud olan digər münaqişələrlə eyniləşdirmək olmaz. Ən azı ona görə ki, Dağlıq Qarabağ əhalisinin hamısı etnik ermənilərdən ibarət deyil, bu ərazidə yaşayan Azərbaycan türklərinin hüquqları da nəzərdən qaçırıla bilməz. Digər tərəfdən, işğal altında olan ərazilərin əhalisinin əksəriyyəti türklərdir və məsələyə milli müqəddəratı təyin etmə prizmasından heç cürə baxıla bilməz.

Деревня в Физулинском районе - Sputnik Azərbaycan
YAZARLAR
Qarabağ münaqişəsinin həllində Azərbaycan "favorit" ölkənin yanında olacaq

Bir məqama da diqqət yetirək. Belə bir fikir irəli sürülür ki, əgər Azərbaycan irimiqyaslı əməliyyatlara — işğal olunmuş ərazilərin ən müxtəlif istiqamətlərindən azad olunmasına başlasa, Ermənistan bu qədər ərazini qorumaq imkanında olmayacaq. Lakin unutmaq olmaz ki, savaş başlayarsa, bu zaman prosesə beynəlxalq güclər müdaxilə edəcək və sülhə vadar etmə varinatı işə düşəcək.

Əlbəttə, Qərbin bu hadisələrə mövqeyindən də çox şey asılı olacaq. Bu mövqenin isə Azərbaycanın mövqeyi ilə üst-üstə düşməyəcəyini təxmin etmək elə də çətin deyil. Belə bir nəticəyə gəlmək olar ki, hətta hərbi əməliyyatlar başlasa belə, söhbət daha çox hərbi əməliyyatların görüntüsündən gedə bilər, müharibə variantı inandırıcı görünmür.

Onu da unutmaq olmaz ki, savaş yeni torpaq itkisi təhlükəsini ehtiva edir. Qərb də Azərbaycanın savaşa başlamasını arzu etmir. Bir sözlə, reallıq ən azı bu mərhələdə savaş varinatını gündəmdən çıxarır. Vyana görüşünün yeganə mesajı da elə bu oldu — savaş barədə düşünməyin!

Xəbər lenti
0