Korrupsionerlərin gizli əmlaklarına dair məlumatlar açıqlanacaq

© Photo : realestateguru.sgLondonun elit yaşayış komplekslərindən biri. Arxiv şəkli
Londonun elit yaşayış komplekslərindən biri. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Londonda Beynəlxalq Korrupsiyaya Qarşı Mübarizə Koordinasiya Mərkəzinin yaradılmasına qərar verilib. Mərkəz Britaniya xüsusi xidmət orqanlarının nəzarəti altında fəaliyyət göstərəcək.

BAKI, 12 may — Sputnik. Londonda korrupsiyaya qarşı mübarizə zirvəsinin açılış olub. İngiltərənin Baş naziri Devid Kameron açılışda çıxış edərək korrupsiyanı xərçəngə bənzədib, dünyadakı bir çox problemin həllinin korrupsiyaya qarşı mübarizədən keçdiyini söyləyib.

Ильхам Алиев - Sputnik Azərbaycan
CƏMİYYƏT
Prezident: Biz korrupsiya, rüşvətxorluq üçün meydanı daraltmalıyıq

Sputnik sondakika-ya istinadla xəbər verir ki, Kameron korrupsiyanın dünyada bir çox problemin ürəyindəki xərçəng olduğunu deyib: "İfratçılıqla, vergisini ödəməyənlərlə, pul vəsaitlərinin yuyulması ilə mübarizə etmək istəyiriksə, korrupsiyaya qarşı mübarizə aparmalıyıq", — Baş nazir vurğulayıb.

O, dünyada məşğulluğun artmasına da korrupsiyaya qarşı mübarizədə əldə ediləcək uğurların təsir göstərəcəyini qeyd edib. Korrupsiyanı yalnız parlamentdən deyil, idmandan da silmək üçün yeni üsullar tapmaq istədiklərini ifadə edən Kameron bildirib ki, bu, yalnız qanunlar və tətbiqlərlə əlaqədar bir problem deyil.

O, korrupsiyaya qarşı mübarizə ilə əlaqədar zirvədə qərarların veriləcəyini deyib: "Şəffaflığın təmin edilməsi çox vacibdir. Bu çərçivədə ölkəmizin vergi və mülkiyyət məlumatlarını avtomatik paylaşacağıq".

Rüşvət - Sputnik Azərbaycan
CƏMİYYƏT
Ötən il 16 korrupsioner məmur cinayət başında yaxalanıb

Kameron İngiltərənin də ilk dəfə daşınmaz əmlak sahiblərinin məlumatlarını mərkəzi şəkildə qeydə almağa başlayacağını və bu qeydlərin cəmiyyətə açıqlanacağını bildirib. O, qeyd edib ki, mühasiblər, vəkillər və ya dövlət işçiləri zaman-zaman korrupsiyaya dəstək verə bilir ki, bununla da mübarizə aparılmalıdır.

Korrupsiyonerlərin cəzalandırılması istiqamətində mexanizmlərin qurulmasının vacibliyi üzərində dayanan Kameron, bu çərçivədə Londonda Beynəlxalq Korrupsiyaya Qarşı Mübarizə Koordinasiya Mərkəzinin yaradılacağını da açıqlayıb. O, Mərkəzin Britaniya xüsusi xidmət orqanlarının nəzarəti altında fəaliyyət göstərəcəyini əlavə edib.

Qeyd edək ki, təxminən 70 ölkənin hökumət nümayəndəsi və liderinin qatıldığı zirvədə, korrupsiya ilə qlobal mübarizənin təsirli yolları müzakirə olunur.

Xəbər lenti
0