Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Dünyanın ən yaxşı pilotları bu döngədən keçməyi bacaracaqlar"

© Photo : REPORT IABakı Şəhər Halqasının tikinti üzrə meneceri Tomas Buçer və Halqanın memarı Herman Tilkenin iştirakı ilə mətbuat konfransı
Bakı Şəhər Halqasının tikinti üzrə meneceri Tomas Buçer və Halqanın memarı Herman Tilkenin iştirakı ilə mətbuat konfransı - Sputnik Azərbaycan
Abunə olmaq
Bakı Şəhər Halqasının tikinti üzrə meneceri Tomas Buçer və Halqanın memarı Herman Tilkenin iştirakı ilə mətbuat konfransından reportajı təqdim edirik.

BAKI, 11 may — Sputnik. “Tarixi bir yolun üzərində halqa yaratmaq bizim karyerada ilk dəfədir gördüyümüz işdir. Amma bu yola heç bir ziyan dəyməyəcək”. Bu sözləri bu gün keçirilən mətbuat konfransında Bakı Şəhər Halqasının memarı Herman Tilken bildirib.

Bakı Şəhər Halqasının tikinti üzrə meneceri Tomas Buçer və Halqanın memarı Herman Tilkenin iştirakı ilə mətbuat konfransı təşkil olunub. Sputnik xəbər verir ki, Herman Tilkenin mətbuat konfransı zamanı suallara verdiyi cavabları təqdim edirik.

- Hazırlıqlar hansı səviyyədədir? Yarışa kimi hansı işlər görülməlidir?

— Öncəliklə qeyd edim ki, bütün işlər vaxtında planlamaya uyğun aparılır. Mən heç bir şübhə etmirəm ki, yarışa kimi bütün işlər hazır olacaq. Bu işdə əməyi olan işçilər üzərilərinə düşən işləri lazımınca yerinə yetirirlər. Siz də buna şahidsiniz. Artıq asfalt örtüyü çəkilib başa çatıb. Şəhərin mərkəzi olduğunu nəzərə alaraq küçələrin kənarlarında olan beton blokların qoyulması və hasarlama işləri gedir. Bunlar da gecə vaxtları işlər aparılır. 

- Komandalardan və pilotlardan yollarla bağlı, yolun hansısa narahatlığı ilə bağlı suallar və ya şikayətlər olub?

— Mən artıq bu simulyatorda bu dairəni yerinə yetirən bir neçə pilotlarla söhbət etmişəm. Onların hər biri dairəni bəyənir və səbirsizliklə yarışın başlama zamanını gözləyirlər. 

- Dairələrdə sərt döngələr çoxdur. Bu yarışa baxımı azalda bilər? Marşalların üzərinə daha çox iş düşəcək?

— Təhlükəsizlik təmin olunur. Biz ən son standartlarla yarışı texniki cəhətdən təmin edirik. O ki qaldı sərt döngələrə, orada biz Amerikadan gətirilmiş xüsusi təhlükəsizlik baryerlərindən istifadə edirik. Bütün bu təhlükəsizlik məsələlərinə gəldikdə bunlar müzakirə olunub və pilotların bundan xəbəri var. Marşallara gəldikdə isə burada heç bir narahatlıq yoxdur. Onların təcrübəsi kifayət qədər çoxdur. 

- Bütün yollarda döngələr 8 metrdir, amma Qoşa Qala qapısında döngə 7 metrdən də azdır. Burada pilotlarda problem yaranarsa, müdaxilələr necə olacaq?

— Burda döngə 7 metr yarımdır. Ümumiyyətlə dairənin ən maraqlı hissəsi buradır və bu döngə bu yarışı unikal edir. Yarışda dünyanın ən yaxşı pilotları iştirak edəcək, deməli onlar bu döngədən keçməyi bacaracaqlar. O ki hadisəyə, marşallarımız kifayət qədər məlumatlıdır və onlar kömək edəcəklər. 

- 1998-ci ildə Malayziya Qran Prisi yolu təsdiq olunanda siz Mixael Şumaxerlə məsləhətləşmisiz və onun fikirlərindən sonra yolun bir hissəsini dəyişmisiniz. Bu yolun hansı hissəsi idi?

— Malayziya Qran Prisində belə hal olub. Birinci bucaqda S hərfinə bənzər bucaq var idi, bununla bağlı Şumaxer dedi ki, bu pilotlar üçün ağırdır və biz o yolları sadələşdirdik.

- Bakı şəhər halqası hazırlanarkən hansı meyarlar nəzərə alınıb? Niyə məhz bu yerlərdə halqa yaradılıb?

— Biz bu işlərə başlayanda 3 marşrut hazırladıq və sonda sizin gördüyünüz bu halqa qəbul olundu. Əsas meyarlar mənzərəli və gözəl yerdə, amma çətin halqanın olması idi. Və hər iksini özündə birləşdirən bir yol seçdik. Düşünürəm ki, ən düzgün seçim etdik.

- Tarixi yollar — qəmbərliklər asfalt örtüyü ilə bağlanıb. Tarixi yol zədə almayacaq?

— Tarixi bir yolun üzərində halqa yaratmaq bizim karyerada ilk dəfədir gördüyümüz işdir. Amma bu yola heç bir ziyan dəyməyəcək. Yarışdan sonra üzərindən örtük götürülən yol öz keyfiyyəti ilə sizlərin öhdəsində olacaq. Əlimizdən gələni edəcəyik ki, yol heç bir ziyan görməsin. 

Xəbər lenti
0