Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

"Formula-1" ilə əlaqədar Neftçilər Xəstəxanasında xüsusi şəraitli palata yaradılıb

© Sputnik / Murad OrujovYusif Səfərov küçəsində quraşdırılan interaktiv gerisayım tablosu
Yusif Səfərov küçəsində quraşdırılan interaktiv gerisayım tablosu - Sputnik Azərbaycan
Abunə olmaq
Palatada Türkiyə və Qərb istehsalı olan müvafiq avadanlıqlar, yara səthinin soyudulması üçün nəzərdə tutulan aparat quraşdırılıb. Həmçinin MNX-nın digər müvafiq şöbələrin palatalarında hazırlıq işləri tamamlanıb.

BAKI, 11 may — Sputnik. Mərkəzi Neftçilər Xəstəxanasında (MNX) Formula-1 Bakı “Grand Prix” yarışlarına hazırlıq məqsədilə bir neçə aydır davam edən hazırlıq mərhələsi başa çatmaq üzrədir.

MNX-nın mətbuat xidmətindən verilən məlumata görə, Beynəlxalq Avtomobil Federasiyasının tələblərinə əsasən Formula-1 Bakı “Grand Prix”lə əlaqədar MNX-da Anesteziologiya-reanimasiya və intensiv terapiya şöbəsinin nəzdində tibbin ən son avadanlıqlarla təchiz edilmiş xüsusi şəraitli palata yaradılıb.

Palatada Türkiyə və Qərb istehsalı olan müvafiq avadanlıqlar, yara səthinin soyudulması üçün nəzərdə tutulan aparat quraşdırılıb. Həmçinin MNX-nın digər müvafiq şöbələrin palatalarında hazırlıq işləri tamamlanıb.

Qeyd olunub ki, MNX-n Təcili tibbi yardım xidmətin (TTYX) 10 həkim və 10 tibb bacısı Amerika Ürək Assosiasiyası (AHA) tərəfindən təşkil edilmiş xüsusi tibbi təlimlərdə iştirak edib və sertifikatlarla təltif edilib. Keçiriləcək yarışlarla əlaqədar MNX-n Anesteziologiya-reanimasiya və intensiv terapiya şöbəsinin iki həkim-reanimotoloqu və iki tibb bacısı Türkiyənin Ankara şəhərində yerləşən yanıq mərkəzində təlim keçiblər. Həmçinin MNX-da SN tərəfindən dəvət olunmuş Türkiyənin Yanıq Mərkəzinin professoru doktor Ahmet Çinar Yastı həkim heyəti və 103 təcili yardım xidməti üçün xüsusi seminar və məşğələlər keçirib, təcili hallarda koordinasiya, ixtisaslaşdırılmış ilk yardım sistemi hazırlayıb. Eyni zamanda “Avropa Qran Pri Bakı” yarışlarla bağlı MNX-n cərrah, neyro-cərrah, travmatoloq, torokal, plastik cərrahlar, həmçinin orta tibbi personal hazırlıq təlimlərdən keçirlər.

Hazırda yarışlar vaxtı baş verə biləcək hadisələr zamanı Təcili tibbi yardım xidmətinin necə yardım göstərilməsi üzrə təlim məşğələlər aparılır. SN MNX-da “Alarm” mərkəzi yaradılıb və cavabdeh şəxslər təyin edilib. MNX-da TTYX şöbəsinin müdiri Raud Əsədov cavabdeh şəxs kimi təyin edilib.

Xəbər lenti
0