CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Stalin bu əsgərlərə görə müdafiə nazirini işdən qovdu

© Sputnik / Hikmet OrhunHümbət Alıyev
Hümbət Alıyev - Sputnik Azərbaycan
Abunə olmaq
Hümbət Alıyev: "Müharibə qurtarana kimi döyüşdüm. Ancaq 1946-cı ildə evə qayıda bildim. SSRİ hamımızın vətəni idi, onun üçün döyüşmək də hamımızın borcu idi, hamı kimi mənim də..."

Hikmət Orhun, Sputnik Azərbaycan

BAKI, 9 may — Sputnik. Bu gün faşizm üzərində qələbənin yetmiş bir ili tamam olur. Milyonların həlak olduğu müharibədə xalqımız həm arxa, həm ön cəbhədə böyük qəhrəmanlıq göstərib. Döyüşlərdə 600 mindən artıq azərbaycanlı iştirak edib, 139 həmyelimiz "Sovet İttifaqı Qəhrəmanı" fəxri adına layiq görülüb. Minlərlə əsgər və zabitimiz orden və medallarla təltif olunub.

Azərbaycanın İkinci dünya müharibəsində faşizm üzərində qələbədə rolu - Sputnik Azərbaycan
VİDEO
Azərbaycanın İkinci dünya müharibəsində faşizm üzərində qələbədə rolu

Rusiya və keçmiş postsovet ölkələrinin bəzilərində 1941-1945-ci illərdə Sovet İttifaqının Almaniya və onun müttəfiqlərinə qarşı apardığı "Böyük Vətən Müharibəsi" adlandırılan bu müharibə Sovet-alman müharibəsi və ya İkinci Dünya Müharibəsinin Şərq cəbhəsi adlarıyla tanınır. MDB ölkələrində Almaniyanın danışıqsız təslim olduğu gün — 9 may rəsmi bayramdır.

9 mayı bayram edən qəhrəmanlarımızdan biri də Qazax rayon Aşağı Əskipara kənd sakini Hümbət Alıyevdir. Doğulduğu kənd birinci Qarabağ savaşı zamanı ermənilər tərəfindən işğal olunan qəhrəmanımız hazırda Qazax şəhərində məskunlaşıb. Oğlu Alı Alıyev Qazaxın müdafiəsi zamanı şəhid olub. Məcburi köçkündür.

© Sputnik / Hikmet OrhunHümbət baba: "SSRİ hamımızın vətəni idi, onun üçün döyüşmək də hamımızın borcu idi, hamı kimi mənim də…"
Hümbət baba: SSRİ hamımızın vətəni idi, onun üçün döyüşmək də hamımızın borcu idi, hamı kimi mənim də… - Sputnik Azərbaycan
Hümbət baba: "SSRİ hamımızın vətəni idi, onun üçün döyüşmək də hamımızın borcu idi, hamı kimi mənim də…"

Rayon camaatından sorağını alıb, yaşadığı evin səmtini öyrəndik. Biz onun hüzuruna təşrif buyuranda, o, nəvə-nəticələrini başına yığıb, olan-keçəndən söhbət salmışdı. Nəticələri onun üçün əzbərlərdikləri şeirləri oxuyur, o isə onlara müharibədə gördüklərindən, qələbəyə aparan yolda hansı çətinliklərdən keçdiklərindən danışırdı.

1921-ci ildə doğulduğunu deyən Hümbət kişi 18 yaşının tamamında digər həmvətənlərimiz kimi çağırış aldığını, 1939-cu ildə müharibəyə yollandığını deyir: "O zamana qədər bir neçə dəfə bədnam qonşumuz ermənilərin sayəsində kəndimizdən qovulmuşduq, başımız az bəlalar çəkməmişdi".

"Yeri gəlmişkən, onlar bizi təkcə 90-cı illərdə deyil, keçən əsrin əvvəllərində də dəfələrlə yerimizdən-yurdumuzdan ediblər. Ona görə də, müharibənin nə təhər ağır bir şey olduğu mənə məlum idi, vətəni bu dar gündə yalnız qoymaq olmazdı. Hamı kimi mən də cəbhəyə yollandım", — deyir H.Alıyev.

© Sputnik / Hikmet OrhunHümbət Alıyevın oğlu Alı Alıyev Qazaxın müdafiəsi zamanı şəhid olub
Hümbət Alıyevın oğlu Alı Alıyev Qazaxın müdafiəsi zamanı şəhid olub - Sputnik Azərbaycan
Hümbət Alıyevın oğlu Alı Alıyev Qazaxın müdafiəsi zamanı şəhid olub

1939-cu ildə SSRİ hücum etməmək haqqında Sovet-Finlandiya müqaviləsini (1932) ləğv edir. Noyabrın 30-da müharibə başlayır. 1940-cı il fevralın 11-də sovet qoşunları "Mannerheym xətti"nin əsas zolağını yara bilir və Finlandiyanın Kareliya ordusunun əsas qüvvələri darmadağın edilir. Təxminən üç ay ərzində Vıborqun çox hissəsi tutulur.

Özünün dediyinə görə, bu qələbədə Hümbət kişi ilə birlikdə bir xeyli adam da uzun-uzadı döyüşməkdən xilas olur, ilk xətadan adlayır, amma xeyli əsgərin də əl-ayağını soyuq aparır. Elə buna görə də, o zamankı müdafiə naziri Stalinin əmri ilə vəzifəsindən azad edilir, yerinə marşal Semyon Konstantinoviç Timaşenko təyin edilir.

Ağadadaş Səmədov Rusiya Federasiyasının hökümət başçısı D.Medvedyev və Azərbaycan Prezidenti İlham Əliyevlə - Sputnik Azərbaycan
Öz ölüm xəbərini bir il sonra eşidən döyüşçü - Prezident ona nə sürpriz etdi?

Müsahibimiz bu qərarı belə xatırlayır: "Stalin yeni nazirə tapşırdı ki, əsgərləri elə yetişdir, soyuğa davamlı olsunlar".

Finlandiya müharibəsi bitəndən sonra Sovet-alman müharibəsi başlayana qədər onlara təlimlər keçilib, soyuğa davamlılıqları artırılır. 1941-ci ildə müharibə başlayanda Almaniyanın Leypsik şəhərinin alınması zamanı qolundan yaralansa da, sağalandan sonra yenidən cəbhəyə dönür.

"Müharibə qurtarana kimi döyüşdüm. Ancaq 1946-cı ildə evə qayıda bildim. SSRİ hamımızın vətəni idi, onun üçün döyüşmək də hamımızın borcu idi, hamı kimi mənim də…", — danışır Hümbət baba.

© Sputnik / Hikmet OrhunO, qayıdandan sonra ömrünün qırx üç ilini müəllim işləyərək vətənin övladlarının savadlanmasına həsr edib
O, qayıdandan sonra ömrünün qırx üç ilini müəllim işləyərək vətənin övladlarının savadlanmasına həsr edib - Sputnik Azərbaycan
O, qayıdandan sonra ömrünün qırx üç ilini müəllim işləyərək vətənin övladlarının savadlanmasına həsr edib

Evə qayıdanda, bütün əsgərlər kimi, onu böyük coşğu ilə qarşılayırlar: "Medallarla təltif elədilər, bir məclis, bir tədbir olanda başda görmək istədilər. Elə indiki hökumətdən də razıyam. Hər il mənimlə görüşüb, hal-əhvalımı soruşur, səhhətimlə maraqlanır, mükafat verirlər".

O, qayıdandan sonra ömrünün qırx üç ilini müəllim işləyərək vətənin övladlarının savadlanmasına həsr edir: "Müharibəyə gedəndə on səkkiz yaşım vardı. Nə yaxşı ki, Firudin bəy Köçərlinin Qazaxda açdığı Qori Seminariyasının Azərbaycan şöbəsində oxumuşdum, Əskipara kənd məktəbində müəllim işləyirdim. Geri qayıdanda çox köməyim oldu, 43 il müəllim işlədim".

"Bu gün mən məcburi köçkünəm, amma inanıram ki, mənim yetişdirdiyim şagirdlər, ən geci onların övladları bu vətəni xilas edəcək, bir gün hər kəs öz torpağına qayıdacaq. Və onda öz qələbəmizi bayram edəcəyik", — inamlı şəkildə fikrini yekunlaşdırır yaşlı veteran.

Xəbər lenti
0