BAKI, 9 may — Sputnik. 6-8 may tarixlərində milli yığmamız Ruminiyada keçirilən Kikboks üzrə Avropa çempionatında iştirak edib. Sputnik xəbər verir ki, idmançılarımız yarış zamanı uğurlu nəticələr əldə ediblər.
Altıqat Avropa çempionu Eduard Məmmədov 7-ci dəfə Avropada ondan güclü idmançı tanımadığını sübüt edib və birincilik kürsüsünə qalxıb. Dəfələrlə Avropa və Dünya çempionu olan Fuad Zeynalov isə 91 kq çəki dərəcəsində növbəti uğuruna imza atıb. Belə ki, kikboksçumuz yarımfinalda italyalı rəqibinə aman verməyərək finala vəsiqə qazanıb. Finalda gərgin döyüş keçsə də, Rumıniyanı təmsil edən idmançını məğlub edə bilməyib.
"Finalda Ruminiyadan olan idmançı Boqdan Brandabur ilə gərgin döyüş keçdi. Bərabər döyüş oldu. Hakimlər seçim qarşısında qalmışdılar. Rəqibimin 3 xəbərdarlığı var idi, üstünlüyü mənə verə bilərdilər. Yarışın Ruminiyada keçirilməsini nərəzə alaraq rəqibimə üstünlük verildi. Yenə də özümü qalib hiss edirəm və qələbəmi qızıma həsr edirəm", — deyə Avropa çempionatının gümüş mükafatçısı Fuad Zeynalov söyləyib.