BAKI. 6 may — Sputnik. Türkiyənin İstanbul şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə verən II Dünya təsnifat turniri keçirilir.
Azərbaycan güləşçiləri də yarışda öz gücünü sınayır. Güləş federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarışın birinci günü ilk finalçımız məlum olub. 66 kq çəkidə güləşən Rəsul Çunayev rəqiblərinə aman verməyib. İlk döyüşdə Xorvatiyalı idmançı Dominikan Etligeri 19 saniyəyə məğlub edən idmançımız, belarus Pavel Liaxı 2 xal fərqi ilə məğlub edib. Polş nı təmsil edən David Karaçinski Rəsul Çunayevlə qarşılaşdığı zaman cəmi bir xal qazana bilib. 6 xal üstünlüyü ilə güləşçimiz yarımfinala yüksəlib. Yarımfinalda idmançımız erməni əsilli Fransanı təmsil edən Artak Marqaryana xal qazanma şansı verməyib. 8 xal üstünlüyü ilə erməni əsilli idmançını məğlub edən Çunayev finala vəsiqə qazanaraq olimpiadaya vəsiqəni təmin edib. Beləliklə güləş idman növü üzrə 14-cü lisenziyamızı qazandıq.
66 kq
1/16 final — Dominik Etlinger (CRO) — Rəsul Çunayev 0:4 tuşe (19 saniyə)
1/8 final — Rəsul Çunayev — Pavel Liax (BLR) 9:7
1/4 final — David Kareçinski (POL) — Rəsul Çunayev 1:6
1/2 final — Rəsul Çunayev — Artak Marqaryan (FRA) 8:0 (68 saniyə)
FİNAL — Ruslan Tsarev (KGZ) — Rəsul Çunayev