BAKI, 6 may — Sputnik. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmə şərtlərinə dəyişiklik edilib. Sputnik xəbər verir ki, parlamentin bu gün keçirilən plenar iclasında Miqrasiya Məcəlləsinə dəyişikliklərə baxılıb.
Dəyişikliklərə əsasən, 3 yeni məzmunda — 45.0.4-1-ci, 45.0.6-1, 64.0.8-1 və 64.0.13-1-ci maddələr əlavə olunub. Əlavələrə görə, Azərbaycanda təsis edilən və təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri və onun müavini vəzifəsini tutduqda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyət sahələri üzrə işlərin görülməsi və ya xidmətlərin göstərilməsi üçün Azərbaycan vətəndaşları və ya Azərbaycanda təsis edilmiş hüquqi şəxslər tərəfindən dəvət edilmiş müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi kateqoriyaya aid mütəxəssislərə, Azərbaycanda təsis edilmiş və təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxslərin rəhbərləri və onların müavinlərinə də Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazə veriləcək. Dəyişikliklər səsə qoyularaq qəbul olunub.